DÜNYA
Əfqanıstanda partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin azı 12 əməkdaşı ölüb
Bakı, 28 sentyabr, AZƏRTAC
Əfqanıstanın cənubunda yerləşən Qəndəhar vilayətində yerli polis məntəqəsi yaxınlığında avtomobil partladılıb. Partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin azı 12 əməkdaşı həlak olub, 4 nəfər isə yaralanıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yerli polis nümayəndəsinin məlumatına əsasən, insident sentyabrın 27-də axşam saatlarında törədilib.
Partlayışın məsuliyyətini ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatı öz üzərinə götürüb.
Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]
“Tesla” Hindistan şirkətini məhkəməyə verib
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]