Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ƏFQANISTANIN KEÇİD HÖKUMƏTİNİN BAŞÇISI ZATİ-ALİLƏRİ CƏNAB HƏMİD KƏRZAİYƏ

Hörmətli Həmid Kərzai,

Əfqanıstanın Keçid Hökumətinin Başçısı vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Əfqanıstan torpağında sülhün, sabitliyin bərqərar olması naminə göstərdiyiniz davamlı səylər öz bəhrəsini verəcək, ölkənizin hərtərəfli inkişafı üçün əlverişli şərait yaranacaqdır.

Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin