Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan "İctimai Wi-Fi" layihəsi üzrə işlər yekunlaşır

Bakı, 10 mart, Elvira Məmmədova, AZƏRTAC

Əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan "İctimai Wi-Fi" layihəsi çərçivəsində işlər artıq yekunlaşır. Yaxın günlərdə paytaxt sakinləri və şəhərimizin qonaqları simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin ediləcək. İlkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib. AZƏRTAC xəbər verir ki, bu barədə martın 10-da Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) görülmüş işlərlə bağlı keçirdiyi mediatur zamanı birliyin mətbuat xidmətinin rəhbəri Nüranə Əliyeva jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı əraziləri üzrə ictimai internetdən istifadəni təmin edən avadanlıqlar (Access Point) quraşdırılıb. Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri və risklər nəzərə alınaraq, proqram təminatı və şəbəkənin test mərhələsinə start verilib.

Həmçinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində də işlər yekunlaşıb. Növbəti mərhələdə Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində işlər həyata keçiriləcək. Xüsusi yanaşma tələb edən memarlıq abidəsi ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərtilə xüsusi həssaslıqla görülür. Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq, sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilir. Bildirilib ki, BTRİB ötən ilin iyul ayından istifadəyə verdiyi “Çağrı mərkəzi”nin xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı işləri davam etdirir. Proqram təminatı daim yenilənir, sual-cavab bazasının idarə olunması, dəyərləndirmə sistemi və göstərilən xidmətlərin icra müddəti nəzarətdə saxlanılır. Bakı ərazisində xidmət alan abunəçilərə vahid mərkəzdən bütün xidmətlərlə bağlı məlumat almaq imkanı verən “Çağrı mərkəzi” ilə əlaqə yaratmaq üçün istifadəçilərin 155 qısa nömrəsini yığması kifayətdir. Gün ərzində 1500-dən yuxarı sorğu qəbul edən mərkəzdə müraciətlər operativ emal olunaraq, birbaşa müvafiq struktur bölmələrinə yönləndirilir.

Eyni zamanda, qurumun rəsmi veb-səhifəsi olan “www.baktelecom.az” saytında “Mənə zəng et” funksiyası vasitəsilə abunəçi “Çağrı mərkəzi” ilə əlaqə saxlamaq üçün uyğun vaxt seçə və mərkəz operatorunun onunla əlaqə saxlamasını təmin edə bilər.

“Onlayn çat” bölməsində isə hər hansı səbəbdən telekommunikasiya qovşaqlarına gələ bilməyən abunəçinin müraciəti müştəri xidmətləri operatoru tərəfindən dərhal cavablandırılır. Əvvəllər abunəçilər müxtəlif növ müraciətlər (internet təchizatı, telefon xidmətləri) üçün fərqli nömrələrlə əlaqə saxlayırdı. Bu da xidmətlər arasında koordinasiyada, xidmət keyfiyyətinin müəyyən olunmasında, müştəri məmnunluğu üçün lazımi işlərin aparılmasında çətinliklər yaradırdı.

BTRİB-in yaratdığı Şəbəkə Əməliyyat Mərkəzində istismarda olan bütün şəbəkə elementlərinin kompleks şəkildə, vahid mərkəzdən idarə olunması prosesi həyata keçirilir. Nəzarət mexanizmi yaranan problemlərə anında reaksiya verilməsinə xidmət edir. Sistem vasitəsilə İP, səs, transmissiya şəbəkələrinə və internet trafikə nəzarət etmək mümkündür. Şəbəkənin idarə edilməsi funksiyasını avtomatlaşdıran bu sistem onun sabitliyini də təmin edir.

Şəbəkə Əməliyyat Mərkəzi ilə “Çağrı mərkəzi” interaktiv şəkildə paralel fəaliyyət göstərir. Gün ərzində nasazlıq qeydə alınan şəbəkədə hər hansı problem abunəçidən öncə mərkəzin əməkdaşlarına məlum olur və bu məlumat mühəndislərlə yanaşı, həmin an “Çağrı mərkəzi”nə də ötürülür. Qeyd edək ki, gün ərzində 50-dən çox müxtəlif müraciət daxil olur.

BTRİB tərəfindən ötən ilin əvvəlindən abunəçilərin qarşılaşdığı internet sürəti və kəsintilərlə bağlı problemlərin aradan qaldırılması məqsədilə Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır. Artıq 10 000-ə yaxın quyu texniki normalara uyğun vəziyyətə gətirilib.

Məlumat verilib ki, BTRİB-in xidmət ərazisində 20 788 ədəd kabel-kanal quyusu mövcuddur. Sistemin uzun illər normativə uyğun düzgün istismar edilməməsi, kabel-kanal sistemində kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz etmişdi. Kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir.

Qurumun daxili imkanları hesabına həyata keçirilən profilaktik təmir-bərpa işləri zamanı istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir.

Digər tərəfdən, dəyişkən hava şəraiti hava rabitə xətlərinin qırılması və sıradan çıxması kimi halların baş verməsinə səbəb olur ki, bu da rabitə xidmətlərinin təminatında fasilələrin yaranmasına və ya xidmətin dayanmasına gətirib çıxarır. Bu məqsədlə hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellər küləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir.

Aparılan təmir işləri zamanı müvafiq ərazilərdə abunəçilərin internet təminatında fasilələr yarandığı halda BTRİB tərəfindən abunəçilərin öncədən məlumatlandırılması təmin edilir. Rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə abunəçilərə avtomatlaşdırılmış anons zəngləri edilir və müvafiq binaların girişlərində elan lövhələri yerləşdirilir.

BTRİB paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan “Evədək internet” (Fiber to the home - FTTH) layihəsinin icrasını da davam etdirir. İstifadəçinin yüksəksürətli multimedia xidmətləri ilə təminatı GPON (Giqabit Passive Optical Network) avadanlıqları vasitəsilə həyata keçirilir. Bu avadanlıqlar mövcud şəbəkə infrastrukturunun keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Nəticədə, eyni infrastruktur üzərindən əhaliyə telefon rabitəsi, internet və yüksəkkeyfiyyətli rəqəmsal televiziya xidmətlərinin göstərilməsi mümkün olur. Eyni zamanda, GPON məlumatötürmə sürətini 100 dəfəyədək artırma gücünə malikdir.

Genişzolaqlı xidmətlərin üstünlüyü ondan ibarətdir ki, bu tip xidmətlər daha keyfiyyətlidir və əhaliyə sərfəli paketlər şəklində təklif olunur. Eyni zamanda, GPON avadanlıqları daha portativ olmaqla, az yer tutur və enerji sərfiyyatını da minimuma endirir. Layihə gələcəkdə istismara verilmiş bütün yaşayış binalarını əhatə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirilir

DİM: 215 nəfərin xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcəyi nəzərdə tutulur

Bu gün 22 minə yaxın bakalavrın magistraturaya qəbul imtahanı verəcəyi gözlənilir

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Batut və tamblinq gimnastikası üzrə ölkə çempionatı, Bakı birinciliyi keçirilib

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb

Rubio və Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramov rumıniyalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini müzakirə edib

Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanla Moldova arsında ikitərəfli əməkdaşlığın gündəliyi müzakirə edilib

Azərbaycan XİN Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

İngiltərə Premyer Liqası: “Arsenal”dan səfər, “Mançester Siti”dən ev qələbəsi

Ceyhun Bayramov türkiyəli həmkarını Azərbaycan–Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı məlumatlandırıb

Bundesliqa: “Bayer Leverkuzen” - “Bavariya” oyununda hesab açılmayıb

“Təbiətin səssiz musiqisi” adlı fotosərgi keçirilib

Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Türkiyə Superliqası: “Beşiktaş” “Trabzonspor”u məğlub edib

Zaqatalada ikiotaqlı ev yanıb

Misli Premyer Liqası: “Zirə” inamlı qələbə qazanıb

Baş direktor: Qahirədəki İslam İncəsənəti Muzeyi Azərbaycan muzeyləri ilə əməkdaşlıqda maraqlıdır

İsveçin Uppsala şəhərində yüzdən çox avtomobil toqquşub

Azərbaycanın ən güclü şahmatçıları müəyyənləşib

Şəkidə baş verən yol qəzasında ölən və yaralananların adları açıqlanıb - YENİLƏNİB

Ağstafada 4 nəfər dəm qazından zəhərlənib

Nazir müavini: Orta Dəhlizin ötürücülük qabiliyyəti 48 milyon tona çatdırılacaq

Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi müzakirə edilib

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Nazir Ceyhun Bayramov litvalı həmkarı ilə görüşüb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədəki turniri 3 medalla başa vurublar

Azərbaycan atleti Balkan çempionatının qalibi olub

“Caspian Policy Center”: Azərbaycan Avropaya etibarlı və sabit təbii qazın əsas tədarükçülərindən biridir – MÜSAHİBƏ

"Böyük Dəbilqə": Azərbaycanın iki cüdoçusu qızıl medal görüşünə çıxacaq

Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın dörd adasında fövqəladə vəziyyət elan edilib

Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib

® “Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır

Tarixi Zəfərimiz 30 il ərzində formalaşan milli ideyanı reallığa çevirdi - ŞƏRH

İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə start verəcək

NİİM: Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyatın sıxlığı yaranıb

Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Olaf Şolts: Demokratiyamıza və seçkilərimizə hər hansı müdaxiləni qəbul etməyəcəyik

Nərimanov rayonunda beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb VİDEO

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb

Naxçıvanda XI siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib

Şəmkir sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb VİDEO

Barəsində hökm çıxarılan Türkiyənin Van bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Somali işğal dövründə də İƏT çərçivəsində Azərbaycanı hər zaman dəstəkləyib - ŞƏRH

Şahbuz rayonunda humanitar tibbi aksiya keçirilib

Akademiyanın bir qrup tələbəsi və əməkdaşı “Erasmus+” proqramında iştirak edəcək

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

İqdır liseylərində Xocalı soyqırımı mövzusunda müsabiqə elan olunub

Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyi görüş keçirib

Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib VİDEO

BMT: Hər il 400 minə yaxın uşaq və yeniyetmə xərçəng xəstəliyinə tutulur

“Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Yol polisi dağlıq rayonlarda yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət edib

9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR

Sabah hava yağmursuz keçəcək - Proqnoz

Yevlaxda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb

“Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu” keçirilib

Müdafiə Nazirliyi: Gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə vətəndaşlardan andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Əliağa Vahid-130” adlı kitab sərgisi açılıb

Serbiyada milli bayram – Dövlətçilik Günü qeyd olunur

Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

DİN: Ötən gün 78 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Bu gün Azərbaycanın ən güclü şahmatçıları bəlli olacaq

Azərbaycan nefti ucuzlaşıb

Misli Premyer Liqası: XXIII tura Sumqayıtda start veriləcək

SOCAR-la Asiya İnkişaf Bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Lerikdə qarın hündürlüyü 24 sm-ə çatıb – FAKTİKİ HAVA

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşların müraciətlərini dinləyib

İtaliyada “Amazon” şirkətinin fəaliyyəti yoxlanılır

Bəzi yanğından mühafizə müəssisələrinin lisenziyaları ləğv olunub

Yaşlılarda yıxılma riskinin proqnozlaşdırılması üçün sadə test tövsiyə olunur

Albaniyada Azərbaycanda yenidənqurma və bərpa işləri barədə kitab işıq üzü görüb

Kişi və qadınların stres reaksiyalarındakı fərqlərin səbəbi araşdırılıb - TƏDQİQAT

Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib

Britaniya jurnalı Azərbaycan kəlağayısına həsr olunmuş məqalə dərc edib

Macarıstanın logistika mərkəzinə çevrilməsi planlaşdırılır

Üzeyir Hacıbəylinin 140 illik yubileyi Türkiyənin Dövlət Opera və Balet Teatrında qeyd ediləcək

Riçard Almeyda Braziliya klubuna keçib

Malidə nazirin kortejinə hücum zamanı 4 polis yaralanıb

Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir

“Beynəlxalq Kitab Bağışlama Günü”ndə məktəblərə kitab hədiyyə edilib

Hakan Fidan və Marko Rubio Cənubi Qafqazda davamlı sülh üçün birgə səyləri müzakirə ediblər

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində tam tərkibdə formalaşmamış bələdiyyə ilə bağlı MƏLUMAT

29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvlərinin SİYAHISI

Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər etibarsız hesab edilmiş bələdiyyələrin SİYAHISI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

29 yanvar 2025-ci il Səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının PROTOKOLU

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb