RƏSMİ XRONİKA
E.H.ARASLININ AZƏRBAYCAN RESPUBLİKASININ SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞINDA, BƏHREYN DÖVLƏTİNDƏ, QƏTƏR DÖVLƏTİNDƏ VƏ OMAN SULTANLIĞINDA FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ VƏZİFƏSİNDƏN GERİ ÇAĞIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elman Həmid oğlu Araslı Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, Bəhreyn Dövlətində, Qətər Dövlətində və Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 mart 2006-cı il.