Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Əl Əhram” qəzeti: Aida İmanquliyeva ömrünü ərəb və Şərq tədqiqatlarına həsr etmiş Azərbaycan alimidir

“Əl Əhram” qəzeti: Aida İmanquliyeva ömrünü ərəb və Şərq tədqiqatlarına həsr etmiş Azərbaycan alimidir

Qahirə, 9 oktyabr, AZƏRTAC

Misirin ən böyük mətbu orqanlarından olan “Əl Əhram” qəzetində və nüfuzlu “Asiya al Youm” internet nəşrində AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin görkəmli azərbaycanlı şərqşünas, Azərbaycan və dünya elminə, şərqşünaslığın inkişafına, ərəb mədəniyyəti, ədəbiyyatı və filologiyasının öyrənilməsinə və populyarlaşdırılmasına çox böyük töhfə vermiş Aida İmanquliyevanın həyat və fəaliyyətindən bəhs edən məqalələri dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Aida İmanquliyeva ömrünü ərəb və Şərq tədqiqatlarına həsr etmiş Azərbaycan alimidir” və “Şərqşünas Aida İmanquliyevanın ədəbi irsi Azərbaycanı ərəb dünyası ilə bağlayan körpüdür” sərlövhəli məqalələrdə filologiya elmləri doktoru, professor, pedaqoq Aida İmanquliyevanın ərəb fəlsəfi fikrinin dünya fəlsəfi fikrinə inteqrasiyasının təməlini qoymuş görkəmli şərqşünaslar pleyadasına daxil olmasından bəhs edilir.

Müəllif vurğulayır: “Ərəb ədəbiyyatının tədqiqatçısı, müqəddəs Qurani-Kərimin rus dilinə tərcüməçisi İ.Kraçkovski kimi nəhəng şərqşünaslarla, öz elmi axtarışları ilə dünyanı ərəb poeziyası və nəsri, ərəb filologiyası, müasir ərəb ədəbiyyatı və mədəniyyəti ilə tanış etmiş görkəmli alimlərlə yanaşı, Aida İmanquliyevanın elmi irsi XX əsr şərqşünaslığı tarixində xüsusi yer tutur”.

Məqalədə qeyd edilir ki, istedadlı alim, filologiya elmləri doktoru, professor və ictimai xadim Aida İmanquliyeva Azərbaycan tarixində ilk şərqşünas qadın, Azərbaycan şərqşünaslığında ərəb məhcər ədəbiyyatının ilk tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışmış ilk qadın olub. O, Azərbaycan şərqşünaslıq məktəbinin parlaq nümayəndəsi, elmi ictimaiyyətin nəzərində çox böyük nüfuz sahibi olan görkəmli elm xadimi kimi ərəb ədəbiyyatı və filologiyası tarixi sahəsində tədqiqatların aktual məsələlərinə həsr edilmiş elmi konfranslarda və simpoziumlarda Azərbaycanı təmsil edirdi.

Müəllif vurğulayır ki, yeni ərəb ədəbiyyatı və ərəb ölkələrində mədəni Renessansın tarixi üzrə nüfuzlu mütəxəssis olan Azərbaycan alimi hələ ötən əsrin 70-ci illərinin əvvəlində öz əsərlərində yeni ərəb romantizminin fəlsəfi inkişafı məsələlərini işıqlandırıb, müasir ərəb ədəbiyyatının ən mühüm cəhəti olan humanizmi açıqlayıb. Məqalədə deyilir: “O, ərəb məhcər ədəbiyyatının müxtəlif aspektlərini əsaslı şəkildə öyrənərək öz əsərlərində ənənəvi formalardan kənarlaşma meylini, poeziyada romantizm və nəsrdə tənqidi realizmin bərqərar olmasını, habelə Şərq və Qərb mədəniyyəti ənənələrinin sintezini elmi cəhətdən əsaslandırmağa çalışırdı. Bu, ərəb dünyasının müasir fəlsəfi fikrinin populyarlaşmasında böyük rol oynayıb”.

Oxucuların diqqətinə çatdırılır ki, Aida İmanquliyeva Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini sistemli şəkildə tədqiq etmiş ilk Azərbaycan alimi olub. O, hər iki ədəbiyyata xas olan ümumbəşəri dəyərləri əsas götürürdü. O, çoxsaylı elmi əsərlərində mədəni əlaqələrin sintezini və yeni bədii üslubun formalaşmasını təhlil edib. Bu, təkcə ərəb ədəbiyyatının deyil, Şərq ədəbiyyatında bütün yeni meyillərin müvafiq istiqamətdən təhlil edilməsi üçün çox vacib zəmin yaradır.

Məqalədə yeni ərəb poeziyası və nəsri tarixində bütöv bir epoxa yaratmış gənc ərəb yazıçılarının yaradıcılığını tədqiq etmiş professor Aida İmanquliyevanın elmi maraq dairəsi ətraflı təsvir edilir. “Mixail Nuayme və Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” monoqrafiyaları, 70-dən çox elmi məqalə, o cümlədən “Ərəb filologiyası məsələləri”, “Şərq filologiyası məsələləri”, “Şərqin problemləri: tarix və müasirlik”, “Yeni ərəb ədəbiyyatının formalaşmasında qarşılıqlı ədəbi əlaqələrin rolu” və başqaları Aida İmanquliyevanın qələminin məhsullarıdır. O, həm də Şərq ədəbiyyatına dair bir sıra kitabların və məqalələrin elmi redaktoru olub, böyük maarifçilik və ictimai fəaliyyətlə məşğul olub, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatı və filologiyası fənnindən dərs deyib, fəal tərcüməçilik işi ilə məşğul olub. Onun rəhbərliyi ilə onlarca gənc alim elm aləminə qədəm qoyub.

Müəllif yazır: “Aida xanımın yüksək intellekti, təbii şuxluğu, bədii istedadı, məqsədyönlülüyü, prinsipiallığı, öz elmi baxışlarını müdafiə etmək qabiliyyəti, habelə ona xas olan mütləq mükəmməlik və nəcabət aurası onun nəhəng ərəbist alim kimi çox populyarlaşmasına şərait yaradırdı. İnsanlıq, peşəkarlıq və qadın gözəlliyi onun şəxsində ahəngdar şəkildə birləşirdi”.

Məqalədə qeyd edilir ki, Aida İmanquliyevanın dərin savadı, dünyagörüşü və baxışlarının genişliyi ona həm elmi mühitdə, həm də adi insanlar arasında böyük hörmət qazandırmışdı. Aida xanımın istər öz ölkəsində, istərsə də xarici ölkələrdə çoxsaylı həmkarları, dostları və şagirdləri onun lütfkarlığını, səmimiyyətini və xoşniyyətli olmasını qeyd edirlər. Müəllif yazır: “Aida İmanquliyeva elmə hədsiz sədaqət nümunəsi olmaqla yanaşı, həm də nəcabət nümunəsi idi, o, çətin şəraitə düşmüş insanlara həmişə kömək edirdi”.

Ərəb oxucularının diqqətinə çatdırılır ki, tanınmış kübar nəslin parlaq nümayəndəsi, pedaqoqlar, yazıçılar və jurnalistlər ailəsində tərbiyə almış Aida İmanquliyeva qadın hərəkatının tarixində xüsusi yer tutur. Məqalədə vurğulanır: “Aida xanımın hər iki qızı - Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva onun ideyalarının davamçıları olublar. Onlar bu gün dünyanın mədəni və elmi mühiti ilə qarşılıqlı fəaliyyətə nail olmaq məqsədilə Azərbaycanın mədəni və elmi irsinin qorunub saxlanmasına köməyi davam etdirirlər”.

Məqalədə daha sonra qeyd edilir ki, əsası Aida İmanquliyeva tərəfindən qoyulmuş ərəb ədəbiyyatının tədqiqi məktəbi bu gün də inkişaf edir, onun Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirmiş fundamental tədqiqatları isə bu gün ərəbistikanın klassikasıdır. Məqalədə vurğulanır: “Aida İmanquliyeva haqlı olaraq nəinki Azərbaycanda, hətta onun hüdudlarından uzaqlarda da yeni ərəb ədəbiyyatının ən görkəmli tədqiqatçılarından biri kimi tanınır”.

Məqalənin sonunda qeyd edilir ki, bu azərbaycanlı alim özünün qısa ömrünü bütünlüklə Şərq mədəniyyətinin və ədəbiyyatının öyrənilməsinə həsr edib, keçmişin və müasir dövrün dərin fəlsəfi qatları arasında görünməz əlaqəni aşkar etməyə çalışıb. Aida xanımın intellektual irsi bu gün də Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşmasında, dövlətlərimiz arasında beynəlxalq münasibətlərin inkişafında mühüm rol oynayır. Şübhəsiz, o, həm alim kimi parlaq elmi nəticələrə nail olub, həm də öz xalqının qəlbində mükəmməllik rəmzi kimi həmişəlik qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın REPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb