SİYASƏT
Əl-Əhram qəzetində dərc edilən müsahibədə Azərbaycan-Misir əlaqələrindən bəhs olunur
Qahirə, 14 mart, AZƏRTAC
Azərbaycanın Misirdəki səfiri Tural Rzayev bu ölkənin nüfuzlu Əl-Əhram qəzetinə müsahibə verib.
Müsahibədə səfir T.Rzayev iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, yaxın vaxtlarda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əl-Sisinin Azərbaycana səfərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Səfir bu il iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinin qeyd olunduğunu vurğulayıb.
Səfir T.Rzayev Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etdiyini bildirib. O, cari ildə “İslam Həmrəyliyi İli” ilə əlaqədar ölkədə silsilə tədbirlərin keçirildiyini qeyd edib, may ayında başlayacaq İslam Həmrəyliyi Oyunları haqqında məlumat verib.
Müsahibəsində, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycan xalqının bu il Xocalı faciəsinin 25 illiyini qeyd etdiyini xüsusi vurğulayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə