Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏLCƏZAİR XALQ DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Əlcəzair inqilabı günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Əlcəzair xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 oktyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin