Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ələkbər Salahzadə yaradıcılığında lirik poeziyanın avanqard strukturu

Ələkbər Salahzadə yaradıcılığında lirik poeziyanın avanqard strukturu

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-i ötən əsrin 60-cı illərindən başlayaraq özünü fəal ədəbi mühitdə təsdiqləmiş tanınmış şair Ələkbər Salahzadənin doğum günüdür.

AZƏRTAC bu münasibətlə filologiya elmləri doktoru, professor Nizami Tağısoyun “Ələkbər Salahzadə: lirik poeziyanın avanqard strukturu” başlıqlı məqaləsini təqdim edir.

Deyirəm insan ömrü niyə belə kəsikdir, qısadır. O, özünü dərk etməyə başlayanda emosiyalarının qanadlarında neçə-neçə diyarlara səyahət edir. Düşdüyü, güvəndiyi və inandığı halı onu uğurlara səsləyir. Hissləri, içində göyərtdiyi istəkləri səmalara qaldırır, arzuları sevinc və duyğularına qol-qanad verir, ətraf aləmi idrakının gücündən daha çox emotiv münasibətləri ilə qəbul edir. Romantik bir dünyanın sakini olur. Ətraf aləmi poetik qavrayışları ilə özünəməxsus rənglərə boyayır, öz içində fərqli qalaktikaları ziyarət edir, yaşadığı gerçəkliyin idealizəsindən mütəəssir olur. Çeşidli romantik duyğuları ilə pambıq buludlardan yüksəkliklərdə qərar tutur.

Bunları dilə gətirərkən gözlərim önünə Azərbaycan poeziyasının ünlü isimlərindən biri Ələkbər Salahzadənin yetkin fərdi şairlik obrazı gəlir. Bəri başdan qeyd edim ki, poetik orkestri müxtəlif biçimlərdə və ədəbi-lirik janrlarda yüksək və fərdi şəkildə səslənən Ələkbər Salahzadənin poeziyası özünəməxsus kompozisiyası, yaradıcılıq palitrası ilə seçilən nümunələrdəndir. Onun lirik dəst-xətində zamanın öz dərki və onunla bağlı fərdi duyğuları göyərirdi. Çünki Ələkbər Salahzadə poeziyanı standart ölçülü, pafoslu deyim tərzi, “soyuq” nidalardan hifz eləyib, dərin titrəyişlər yaradan poetik fikrin daxili aləminin ayrı-ayrı simlərini dilə gətirməklə sözə, lirik düşüncəyə uçuş verib, onu yalançı pafosdan, “edama məhkum ola biləcək” emosiyalardan qoruyan şairlərdən idi.

Ələkbər Salahzadə ədəbi fəaliyyətə XX əsrin 60-cı illərindən başlayıb. Eyni zamanda, bədii tərcümə ilə yaxından məşğul olub. Əsərləri dünya xalqlarından bir neçəsinin dilinə tərcümə edilib. Dövri mətbuatda onun 100-dən çox müxtəlif səpkili məqalə və digər yazıları işıq üzü görüb. Ələkbər Salahzadə yaradıcılığının xeyli hissəsi uşaqların bədii-poetik aləminin təsvirinə həsr olunub. Şairin uşaq dünyasına həsr etdiyi nağılları isə yetərincə çoxdur.

Hansı əsərinə toxundumsa, oradan Ələkbər Salahzadənin fərdi özünəməxsusluğu ilə haşiyələnmiş poetik misraları boylandı. İfadələrin, poetik ilmələrin özəlliyinə baxın: qəlbin, baxışların yağmağını heç görübsünüzmü?! Yaxud yağışın qələmin ucundan vararaq səhralara yağması ilə haradasa rastlaşmısınızmı?! Əminəm ki, yox?! Bu, yalnız Ələkbər Salahzadənin qələminin gücü ilə gözümüz önündə canlanan səhnədir.

Ələkbər Salahzadə yaradıcılığı ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, şair əsrlərində metaforlardan gen-bol istifadə edib. Onun əsərlərində metafora obrazlı məna kəsb edən söz kimi, həm də dildə, yaxud kommunikativ situasiyada söz semantikasının metaforik inkişafı prosesinə təsir edən element kimi istifadə edilir. Şair ilk baxışda şeirə, bədii-poetik təfəkkürə heç bir aidiyyəti olmayan kibrit çöplərini metaforlaşdırmaqla onu həm qədim yunan mifologiyasındakı Prometeylə və onun əsgərləri ilə eyniləşdirir, həm də Prometeyin gənc bir əsgərinin acı bir papiros gözünü açanda, kibritin dənəsi sönməklə Prometeyin əsgəri bir evi isindirir, getdikcə metaforlaşma daha yüksək bir həddə çatır. Prometeyin əsgərləri oda bürünə-bürünə, ölə-ölə Prometey babanın yadigarlarını yaşadırlar.

Şairin “Gözlər baxır dünyaya” şeirlər və poemalar toplusunda doğma yurdun təbiətinə məhəbbət, sevgi mənzumələri ilə yanaşı, ayrıca olaraq silsilə şeirləri “Xınalıq naxışları” altında birləşdirilib, “Xınalıq”, “Xınalığın qayaları”, “Dörd yanından su axır Xınalığın”, “Dünyanın yarısı”, “Xınalıqda od yeri”, “Xınalıqda...” ilə ümumiləşdirilərək görümlü və uğurlu poetik mənzərə yaradılır. Xınalıqla bağlı şairlərimiz, yazıçılarımız, publisistlərimiz, tarixçilərimiz, etnoqraflarımız, dilçi alimlərimiz çox yazıb, çox deyiblər. Lakin Ələkbər Salahzadə Xınalığı tamamilə fərqli biçimdə vəsf edə bilib. O, Xınalığa rekviyem oxumur, o, Xınalığı ucalıq, yüksəklik, monumentallıq rəmzi kimi gözlərimiz qarşısında ucaldır, tariximizin Qorquddan, Babəkdən, Koroğludan gələn ucalıqları ilə eyniləşdirir.

Ə.Salahzadə su arxetipinə münasibət sərgiləyərkən suyu həm də emosiya, intuisiya, hissi element kimi təqdim edir. Su enerji, saflıq, əbədiyyət mənbəyi kimi təsvir edildiyindən şair də bu şeirini aşağıdakı misralarla tamamlayır: “Xınalıqda yola çıxanın dünyada nə qorxusu!”. Su stixiyası insanı mənəvi cəhətdən möhkəmləndirir. Ümumiyyətlə, miflərdə mövcud olan su xeyli geniş mənalar kəsb etməkdədir: o yerin sipəri, həyatın mənbəyi və magik təmizlənmə, paklaşma vasitəsi, işıqla yeraltı dünya arasındakı sərhəddir. Eyni zamanda, su simvolik stixiya olmaqla, həm də bir əşyanın digərinə çevrilməsində iştirak edir. Bundan başqa, dünya sivilizasiyasında və mədəniyyətində universal simvol olan su obrazının polifunksionallığı özündə hərəkət, dəyişkənlik, yenidən doğulma, müalicə olunub sağalma, şəfatapma və paklaşmanı ehtiva etməkdədir. Su ambivalenti (iki qarşı-qarşıya duran hiss) hər hansı digər ilkin element olmaqla dünyanın əvvəlini və axırını əks etdirməkdədir. Suyun həyatiliyi Göyün Yeri Su ilə təmin etməsində özünü ifadə edir: Hava+Yer=Su. Onu da söyləyək ki, bu trio mifoloji dünyagörüşündə müqəddəs nikah formuludur. Bir sıra hallarda su qanla müqayisə edilir. Mifologiyada su arxetipi o qədər əhatəli, dərin və genişdir ki, o, heç şübhəsiz ki, əlavə tədqiqatlar aparılmasına möhtacdır.

Ələkbər doğma torpağa mahiyyəti üzrə bağlı şairlərimizdən idi. Onun “Yerimiz bir, göyümüz bir” şeirlər və poemalar kitabında “Bu torpaq”, “Vətən...”, “O tay, bu tay mahnısı”, “Çağlar, çaylar”, “Özül”, “İnsan cildli cəlladlar”, “Səksəkəli dünya”, “Göy üzü damar-damar”, “Dağlarda”, “A çayım...”, “Biçənəkdəki otlar”, “Gəldim, gedirəm”, “Vaxt və saat”, “Qar və çiçək”, “Araz”, “Yaltağa gülən yaltaq” və başqa bu kimi nümunələr yer alıb.

Ə.Salahzadənin İkinci Dünya müharibəsi ilə bağlı şeirləri nəinki ədəbiyyatımızın, poeziyamızın, həm də milli tariximizin müəyyən bir kəsiminin səhifəsi kimi maraqlıdır. Şairin 41-ci il davasıyla yaşıd olması, dava havasında yaşa dolması, “dava sözü eşidəndə” “havalanması”, “yaşından dava ilə davalı olması” kimi poetik tapıntılarının, həmin hadisələrlə bağlı acı tarixi xatırlaması şairlərimiz S.Vurğun, S.Rüstəm, N.Xəzri, O.Sarıvəlli və başqaları kimi (lap eləcə də rus şairləri N.Tixonov, A.Tvardovski, P.Antokolski, Y.Smelyakov, V.Lebedev-Kumaç, K.Simonov, A.Adalis, T.Streşneva və b.) şeirləri həm forma, həm də məzmun baxımından fərqli deyim tərzi ilə seçilən nümunələrdir. O, öz poetik deyimini oxuculara elə şəkildə çatdırır ki, sanki özü həmin günlərin yaşıdı olmaqla səsini canlı şahid olaraq bizlərə ötürür.

Şair bu narahat dünyamızla bağlı həyəcanını 1984-cü ildə qələmə almışdı. Doğrudan da Ələkbər özünəməxsus intuisiyalı bir şair olaraq sanki dünyanın qarışacağını öncədən görüb, insanlığı, bəşəriyyəti silkələyəcək hala görə öz hayqırtısını qoparmağı zəruri hesab edib, ölkələri, xalqları yaxınlaşacaq bəşəri fəlakətlərdən qorumağa çağırırdı. Ə.Salahzadə dünyanı sanki altıncı hissi ilə həm də erməni qəsbkarlarının yaxınlaşacaq məkrindən qorumağa səsləyirdi. Şair dünya ədəbiyyatının daimi problemlərindən biri olan müharibəyə öz baxışı ilə yanaşırdı. O, şeirində sanki həyatın insanla bağlı olan mənəvi və fəlsəfi problemlərini qaldırırdı. Şair təkcə Azərbaycanı deyil, bütün dünyanı, Yerə kürəsini, göy üzünü, Afrikanı da, Avropanı da, Asiyanı da hamı üçün, bəşər övladı üçün ümumi məkan kimi nəzərdən keçirirdi. Müharibəyə görə onun ürəyi həyəcan və narahatlıqla dolu idi, acı hisslər sanki emosiyalarını kilidləyirdi, odur ki, fəryad qoparır və sanki “əsrimiz yüz ildir, gün sayımız bir, ay sayımız da birdir” deməklə dünyanı parçalayıb bölmək istəyənlərə içindən bir çağırış etməyi hər şeydən üstün tuturdu.

Ələkbər hansı fikri, hansı predmeti, hansı şəxsi, canlını, cansızı şeirinin nüvəsinə daxil edirsə, ona hamıdan fərqli poetik mənalandırma və qeyri-adi düzüm, struktur-kompozisiya elementləri ilə süsləyir. Nakam şairimiz, proletar ideologiyasının qurbanı olan Mikayıl Müşfiqin monoloqunu sanki birnəfəsə, durğu işarələrində belə fasilə verməyən poetik intonasiyasının çalarları ilə oxucunun təfəkküründə bir rekviyem kimi ortaya qoyur. “Od odası” kitabında təqdim etdiyi “M.Müşfiqin monoloqu” şeiri rekviyemliyi ilə Rojdestvenskisayağı həm də sovet dövrü ideologiyasına protest kimi səslənir.

Bu şeiri qələmə alan zaman Ə.Salahzadə 25 yaşında idi. Məlum olduğu kimi, Müşfiq sovet diktaturasının tənəsinə milli düşüncə daşıyıcısı olduğuna görə tuş gəlmiş və vur-tut 30 il ömür sürməyə macal tapmışdı. O da Stalin repressiyasının qurbanı olmuş, 1938-ci il yanvarın 6-da güllələnmişdi. Ə.Salahzadə nakam Müşfiqin hansı yaradıcılıq ehtirasına malik olduğunu yaxşı bildiyindən böyük şairin həyat sevgisinə, yaradıcılıq şövqünə laqeyd qala bilmirdi. Buna görə də Ələkbər bu şeirin içində Müşfiqin “Şeir yazmaq istəyirəm!” fəryadını kifayət qədər fərqli biçimdə oxucunun yaddaşına ötürürdü.

Ə.Salahzadə öz lirik poeziyası ilə oxucularına daim fərqli mövzular, obrazlar, məzmun və məna özəlliyi ötürən orijinal şair kimi daim onların yaddaşında bir ilğım kimi yaşayacaqdır. Ürəklə, istedadla yazılanlar heç vaxt yox olmur!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib