CƏMİYYƏT
Elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 30 mart, AZƏRTAC
Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki şirkətlərdən birinin həyətindən 3 min manat dəyərində elektrik kabeli oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri R.Fərzəliyev, E.Zahidov və X.Cavadov müəyyənləşdirilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə Qızıldaş qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 12 min manat dəyərində elektrik transformatoru, 5 ədəd mühərrik, 2 ədəd qaynaq aparatı, dəmir boru və daş karxanasına aid digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Ə.Əliyev müəyyən edilərək tutulub.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.