Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 623 (Cild I); 2024, № 1, maddə 17; 2025, № 2, maddə 101) aşağıdakı dəyişikliklər edilsin:

1. 39-cu maddə üzrə:

1.1. 39.2-ci maddədən “13.2-ci,” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 39.2-1-ci maddə əlavə edilsin:

“39.2-1. Bu Qanunun 13.2-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş müddətdə qüvvəyə minir.”.

2. 42.3.1-ci maddəyə “elektrik” sözündən əvvəl “bu Qanunun 39.2-1-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2025-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin