Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Elektron çıxarışların tətbiqinə başlanılıb

Elektron çıxarışların tətbiqinə başlanılıb

Bakı, 1 iyun, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ layihəsi olan elektron çıxarışların tətbiqinə başlanılıb. Bununla bağlı məsələ artıq hüquqi təsdiqini tapıb. Belə ki, Azərbaycan Respublikası Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda dəyişikliklər edilməsi barədə Qanunun tətbiqi haqqında 2017-ci il 24 may tarixli Fərman imzalayıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, bu dəyişikliyə əsasən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanı yaradılıb. Bununla vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir. Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, “Elektron hökumət” portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilir. Odur ki, müasir yanaşmaların tətbiq edildiyi bu sistem vasitəsilə vətəndaş daha operativ şəkildə çıxarışına sahib olur.

Qeyd edək ki, yeniliyə əsasən qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron imza ilə təsdiqlənən çıxarış “Elektron hökumət” portalında yerləşdirilir və portal vasitəsilə hüquq sahibi tərəfindən elektron üsulla əldə edilir. Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında, o cümlədən notariat kontorlarında tam istifadə edə bilir. Bununla da vətəndaşda, aidiyyəti dövlət qurumları, notariuslar və banklarda bu portal vasitəsilə həmin çıxarışla bağlı əməliyyatı daha optimal qaydada aparmaq imkanı yaranır. Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantı bütün əməliyyatlarda tamhüquqlu sənəd kimi istifadə olunur. Bu da çap edilən sənədlərin etibarlılığını təsdiq edir.

Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir. Çıxarış və arxivlərin elektronlaşdırılmasının icrası bu prosesin daha da optimallaşdırılması, maksimum sadələşdirilməsi, şəffaflığın və əhalinin əmlaklarını daha rahat və əlçatan şəraitdə qeydiyyatdan keçirməyə imkan yaradır.

Qanuna edilmiş dəyişikliyin də əsas məqsədi, ilk növbədə, daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və optimallığı artırmaqdır.

Ən maraqlı və mühüm yenilik odur ki, artıq çıxarışlar, eləcə də digər arayışlar hətta xarici ölkələrdə olduqda da almaq mümkün olacaq. Bu rahatlıqla yanaşı, vətəndaşın vaxtını daha səmərəli planlaşdırmağa imkan verir.

Həmçinin çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır.

“Elektron çıxarış sistemi“ inkişaf etmiş və modern üsullar tətbiq olunan ölkələrdə də geniş istifadə edilir. Məsələn, Hollandiya, Almaniya, Latviya və s. dövlətlərdə çıxarışlar xüsusi blanklarda verilmir, yalnız elektron şəkildə təqdim olunur. Ölkəmizdə də bu sistemin hazırlanmasında və tətbiqində beynəlxalq təcrübə öyrənilib, qurulan ən optimal model əsasında isə sistem tətbiq edilir.

Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı prosesi vətəndaşdan hüquq müəyyənedici sənədlərin və ərizənin qəbul edilməsi, qeydiyyatın icrası və sənədlərin emalı, nəhayət, hazır sənədlərin vətəndaşlara verilməsi kimi üç mərhələdən ibarətdir. Çıxarışların elektronlaşması ilə artıq bu mərhələlərdən əvvəllər yaranmış hüquqlar, habelə təkrar bazarda hüquqların qeydiyyatında sənədlərin qəbulu, elanı və icrası prosesi tam olaraq elektron qaydada həyata keçirilir. Çıxarışın elektron verilməsi isə bu proseslərin sona qədər elektronlaşmasını təmin edir.

Elektron çıxarış sisteminin tətbiqi, daşınmaz əmlakın qeydiyyatı sahəsində ölkəmizin “Doing Business” və digər bu kimi beynəlxalq hesabatlarda reytinq göstəricilərinin artmasına səbəb olur.

ƏMDK tərəfindən sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaşdırılması istiqamətində işlər davam etdirilir. Komitə xidmətlərində innovativ yeniliklərin tətbiq edilməsi ilə bağlı fəaliyyətini də genişləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanqın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub