SİYASƏT
ƏLİ HƏSƏNOV: KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN YARANDIĞI İLDƏKİ FƏALİYYƏTİNİ UĞURLU HESAB ETMƏK OLAR
Bakı, 11 sentyabr (AZƏRTAC). Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yarandığı ildəki fəaliyyətini ilkin təcrübə kimi uğurlu hesab etmək olar.
Bu fikri Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləmişdir.
Fondun həyata keçirdiyi qrant layihəsini müvəffəqiyyətli hesab edən şöbə müdiri yenicə fəaliyyətə başlayan qurumun işində müəyyən çətinliklərin olduğunu da qeyd etmişdir.
Məsələn, ölkəmizdə KİV-lərin məlumat fəaliyyəti, cəmiyyətdə şəffaflığın təmin edilməsi, insanların informasiya təminatının həyata keçirilməsi bölmələri üzrə təsnifatlaşdırılması müəyyən çətinliklər yaradır.
Narazı mətbuat orqanlarının işinə fərdi şəkildə baxıldığı və Fondun növbəti qrant fəaliyyətində nəzərə alınacağı bildirilmişdir.