“ƏLİLLƏRİN HÜQUQLARI HAQQINDA” KONVENSİYAYA QOŞULMAQ BARƏSİNDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :
I. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya müvafiq bəyanatla (bəyanatın mətni əlavə olunur) qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2008-ci il.