Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə “ADEX 2026” sərgisində ictimaiyyətə nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, silahlı insansız quru robot alüminium materialdan istehsal edilib və 12,7 millimetrlik mərmi ilə atəş açır.
Qeyd edək ki, sentyabrın 30-da Bakı Ekspo Mərkəzində Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və paralel olaraq keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
“ADEX” və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir.
Sərgi oktyabrın 2-dək davam edəcək.
Müxbir - Günel Türksoy