Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabr ayının sonuna dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a çatıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, həmin məlumat mərkəzlərinin təxminən 40 faizi ABŞ-də, 4,6 faizi Böyük Britaniyada, 4,3 faizi Almaniyada, 3,2 faizi Fransada və 3,1 faizi Çində yerləşir.
Qeyd edək ki, məlumat mərkəzləri rəqəmsal məlumatların saxlanıldığı, emal edildiyi və internet üzərindən əldə edilə bilən, çoxsaylı server və şəbəkə avadanlıqlarından ibarət obyektlərdir.
Son illərdə populyarlıq qazanan və geniş istifadə olunan süni intellekt isə böyük həcmdə məlumatları təhlil edərək insan zəkası ilə əlaqəli tapşırıqları - öyrənmək, proqnozlaşdırmaq, qərar qəbul etmək və məzmun yaratmaq kimi tapşırıqları yerinə yetirə bilən bütün texnologiyalar dəsti kimi qəbul edilir.
Bütün bu texnologiyaların sürətli böyüməsi dünya miqyasında məlumat mərkəzlərini böyük enerji istehlakçılarına çevirir və enerji saxlama sistemləri bu obyektlərə fasiləsiz elektrik təchizatının təmin edilməsində mühüm rol oynayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:55]
Orta Dəhliz boyunca 14 terminal tikiləcək
- 30.09.2026 [16:49]
Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]