“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
Bakı, 30 sentyabr, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandasının ulduz futbolçusu Marko Asensio “Turan Tovuz”la yoldaşlıq oyununda iştirak edə biləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi İsmail Kartal mətbuat konfransında məlumat verib.
Mütəxəssis ispaniyalı yarımmüdafiəçinin səhhətinin yaxşı olduğunu və Bakıdakı matçda start heyətində meydana çıxacağını bildirib: “Asensionun əhvalı yüksəkdir. Düşünürəm ki, Superliqada “Rizespor”la oyuna qədər ən yaxşı formada hazırlaşaraq komandadakı yerini tuta bilər”.
Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” qarşılaşması saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]