Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb
Bakı, 30 sentyabr, AZƏRTAC
Bolqarıstanın Plovdiv şəhərində iş adamı və “Botev” futbol klubunun rəhbər şəxslərindən biri İliyan Filipov güllələnərək öldürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, hadisə gecə saat 01:00 radələrində baş verib. İliyan Filipov baş nahiyəsindən güllə yarası alıb və hadisə yerində həyatını itirib. Polis əməkdaşları hadisənin baş verdiyi ərazini mühasirəyə alaraq ətraf küçələrdə hərəkəti dayandırıblar.
Hazırda cinayətin hansı şəraitdə törədildiyi araşdırılır. Hadisə ilə bağlı saxlanılan və ya axtarışda olan şəxslər barədə hələlik məlumat yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]