Çində robotlar arasında basketbol yarışı keçiriləcək
Bakı, 30 sentyabr, AZƏRTAC
Çinin Quanqdonq əyalətinin paytaxtı Quançjou şəhərində gələn ilin aprel ayında humanoid robotlar arasında basketbol turniri keçiriləcək.
AZƏRTAC “China Daily” gündəlik qəzetinə istinadla xəbər verir ki, yarışda dünyanın müxtəlif ölkələrindən şirkətlər, universitetlər və tədqiqat mərkəzləri öz hazırladıqları humanoid robotlarla iştirak edə biləcəklər.
Yarış zamanı robotlar driblinq, ötürmə, cərimə atışları və üçxallıq atışlar üzrə bacarıqlarını nümayiş etdirəcəklər. Robotlar topun sürətli hərəkətinə uyğun olaraq tez qərar verməli və hərəkət etməlidirlər.
Bildirilib ki, yarışın əsas məqsədlərindən biri humanoid robot texnologiyalarının inkişafına və bu sahədə beynəlxalq əməkdaşlığa təkan verməkdir.
Qeyd edək ki, hazırda Quanqdonq əyalətindəki istehsal müəssisələrində 2 mindən çox humanoid robot fəaliyyət göstərir. İlin sonunadək onların sayının 3 mini keçəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]