Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində 66 milyon tibbi xidmət göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qeydə alınan xidmətlərin 88 faizini ambulator, 12 faizini isə stasionar xidmətlər təşkil edib. Hesabat dövründə dövlət tibb müəssisələrinə 4,4 milyondan çox şəxs tərəfindən ümumilikdə 17,7 milyon müraciət daxil olub. Müraciət edənlərin 1,4 milyona yaxını uşaqlardır.
2026-cı ilin yanvar-avqust aylarının göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə ciddi artımla diqqət çəkir. Belə ki, ötən illə müqayisədə pasiyentlərin sayı 3,1 faiz, müraciətlərin sayı 7,9 faiz, göstərilən tibbi xidmətlərin ümumi sayı isə 9 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]
Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub
- 30.09.2026 [08:25]