Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir
Berlin, 30 sentyabr, AZƏRTAC
Almaniya polisi “Hells Angels” motosiklet qruplaşması ilə əlaqəli olduğu iddia edilən çirkli pulların yuyulması şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirir.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Duysburq şəhərində başlayan əməliyyat çərçivəsində Almaniya və digər Avropa ölkələrində ümumilikdə 140 obyektdə axtarışlar aparılır. Əməliyyatlara mindən çox polis əməkdaşı, o cümlədən xüsusi təyinatlı qüvvələr iştirak edir. Tədbirlər zamanı bir neçə nəfərin həbs olunduğu bildirilib.
Medianın məlumatına görə, əməliyyatların hədəfində “Hells Angels” qruplaşmasının üzvləri və ya onlarla əlaqəli şəxslər dayanır. Axtarış tədbirləri Almaniyanın bir neçə əyaləti ilə yanaşı, Niderland, Belçika və Bolqarıstanda da aparılır.
Bu əməliyyatın 2022-ci ilin mayında Duysburq şəhərində müxtəlif qruplaşmalar arasında baş vermiş silahlı qarşıdurma ilə əlaqədar 4 ildən çoxdur davam edən araşdırma ilə əlaqədar aparıldığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]