Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Bakı, 30 sentyabr, AZƏRTAC

2026-cı il üzrə Qlobal İnnovasiya İndeksi (Qİİ) “Elmin qabaqcıl sahələrində texnoloji sahibkarlığın dəstəklənməsi” adı altında dərc edilib.

AZƏRTAC xəbər verir ki, hesabat elmi kəşflərin elmtutumlu startaplara və törəmə şirkətlərə (spin-off) çevrilməsi prosesinin təhlilini əhatə edir.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) ardıcıl olaraq 19-cu nəşri olan Qİİ 139 ölkənin iqtisadiyyatını əhatə edir və onların innovasiya sahəsində güclü və zəif tərəflərini nümayiş etdirir. 2007-ci ildən etibarən Qİİ ölkələr üçün innovasiya fəaliyyətinin qiymətləndirilməsi, innovasiya siyasətinin təkmilləşdirilməsi və onun səmərəliliyinin artırılması baxımından mühüm istinad və analitik vasitə kimi çıxış edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Qİİ-ni davamlı inkişaf məqsədləri naminə elm, texnologiya və innovasiya siyasəti kontekstində innovasiyaların ölçülməsi üzrə müqayisəli təhlilin nüfuzlu aləti kimi qəbul edir.

2026-cı il üzrə Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialını, nəticəliliyini və institusional-çərçivə şərtlərini əhatə edən 80 indikator əsasında formalaşdırılıb. Təhlil olunan indikatorlar qanunvericilik, elm və təhsildən tutmuş bazarın və biznesin inkişafı, infrastruktur və digər istiqamətlərədək geniş məlumat spektrini əhatə edir. Qİİ-nin əsas məqsədi ölkələrin innovasiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün imkan yaratmaqdır.

2026-cı il üzrə Qİİ reytinqində İsveçrə birinci, İsveç, ABŞ, Koreya və Sinqapur isə müvafiq olaraq sonrakı yerlərdə qərarlaşıb. Ən innovativ on ölkə sırasına, həmçinin Böyük Britaniya, Niderland, Finlandiya, Danimarka və Çin daxildir.

Postsovet məkanının ölkələri arasında ən yüksək göstəricilər Estoniyaya (17-ci), Litvaya (32-ci) və Latviyaya (40-cı) yerlərə məxsusdur. Rusiya 58-ci yerdədir. Azərbaycan isə 2026-cı il reytinqində 85-ci yeri tutaraq 2025-ci illə müqayisədə mövqeyini 9 pillə yaxşılaşdırıb.

Bununla yanaşı, qeyd edilməlidir ki, 2025-ci ildə Azərbaycan statistik etimad intervalına uyğun olaraq 86–103-cü yerlər arasında qərarlaşan ölkələr qrupuna daxil olduğu halda, 2026-cı ildə 79-95-ci yerlər arasında yerləşən ölkələr qrupunda yer alıb.

2026-cı il Qİİ reytinqi iki nəticəaltı indeksə daxil olan innovasiya fəaliyyətinin 7 indikator qrupundan ibarətdir: “innovasiya resursları” və “innovasiya nəticələri”.

“İnnovasiya resursları” nəticəaltı indeksi

“İnnovasiya resursları” nəticəaltı indeksi milli iqtisadiyyatın innovasiya proseslərinin həyata keçirildiyi elementlərini qiymətləndirir və beş qrup üzrə təsnif edilir:

1. institutlar;

2. insan kapitalı və tədqiqatlar;

3. infrastruktur;

4. bazarın inkişaf səviyyəsi;

5. biznesin inkişaf səviyyəsi.

“İnnovasiya nəticələri” nəticəaltı indeksi

“İnnovasiya nəticələri” nəticəaltı indeksi innovasiya fəaliyyətinin faktiki nəticələrini iki qrup üzrə əks etdirir:

6. bilik və texnologiya nəticələri;

7. yaradıcı fəaliyyət nəticələri.

“İnnovasiya resursları” nəticəaltı indeksi innovasiya fəaliyyəti üçün əlverişli şəraitin səviyyəsini əks etdirirsə, “innovasiya nəticələri” nəticəaltı indeksi bu sahədə əldə edilmiş nəticələri xarakterizə edir. Bu nəticəaltı indeksin göstəricisi nə qədər yüksəkdirsə, innovasiya imkanlarından bir o qədər tam və səmərəli istifadə edildiyi hesab olunur.

Qİİ üzrə 2025 və 2026-cı illər üçün indikator bloklarının müqayisəsi

№

İndikator bloklarının adı

2025

2026

Fərq

I

İnstitutlar

41

36

+5

II

İnsan kapitalı və tədqiqatlar

88

89

-1

III

İnfrastruktur

105

87

+18

IV

Bazarın inkişaf səviyyəsi

72

63

+9

V

Biznesin inkişaf səviyyəsi

111

91

+20

VI

Bilik və texnologiya nəticələri

110

100

+10

VII

Yaradıcı fəaliyyət nəticələri

108

110

-2

Azərbaycanın güclü tərəfləri kimi Qİİ-nin ekspertləri aşağıdakı indikatorları qeyd edirlər:

“İnstitutlar” bloku üzrə – 3 indikator:

• sahibkarlıq siyasəti və mədəniyyəti;

• biznes siyasətinin sabitliyi;

• biznesin əməliyyat sabitliyi.

“İnsan kapitalı və tədqiqatlar” bloku üzrə – 2 indikator:

• orta məktəbdə şagird-müəllim nisbəti;

• elm və texnika sahələri üzrə məzunlar.

“Biznesin inkişaf səviyyəsi” bloku üzrə – 2 indikator:

• klasterlərin inkişaf vəziyyəti;

• universitetlərlə sənaye arasında elmi-tədqiqat və təcrübi-konstruktor işləri (ETTKİ) sahəsində əməkdaşlıq.

“Bilik və texnologiyaların yayılması” bloku üzrə – 2 indikator:

• elmi-texniki məqalələr;

• mənşə üzrə patentlər.

“Bazarın inkişaf səviyyəsi” bloku üzrə – 1 indikator:

• startapların və kiçik müəssisələrin maliyyələşdirilməsi.

Beləliklə, reytinqin müəllifləri Azərbaycanın güclü tərəfləri sırasında 2-ci yerdən 56-cı yerədək mövqelərdə qərarlaşan 10 indikatoru müəyyən ediblər. Qeyd edilməlidir ki, III “İnfrastruktur” və VII “Yaradıcı fəaliyyət nəticələri” bloklarında ölkənin güclü tərəflərini əks etdirən indikator müəyyən edilməyib.

Qİİ-nin ekspertləri Azərbaycanın gücləndirilməli tərəfləri sırasında aşağıdakı indikatorları qeyd edirlər: ETTKİ-yə investisiya yatıran qlobal korporativ investorlar; startapların yaradılması; bazar kapitallaşması; elmi kadrlar; biznes tərəfindən həyata keçirilən ETTKİ; milli bədii filmlər; universitet-sənaye və beynəlxalq əməkdaşlıq; vençur kapitalının əldə edilməsi; yaradıcı məhsulların ixracı; birbaşa xarici investisiyaların xalis daxilolması.

İnnovasiya resursları

2026-cı ildə Azərbaycanın “innovasiya resursları” nəticəaltı indeksi 65-ci yerdə qərarlaşmış və əvvəlki illə müqayisədə 11 pillə irəliləyib. Bu, 2020-ci ildən etibarən qeydə alınan ən yüksək göstəricidir. Sözügedən dövr ərzində yalnız 2021-ci ildə “innovasiya resursları” nəticəaltı indeksi 74-cü yeri tutub.

Eyni zamanda, “innovasiya resursları” nəticəaltı indeksinə daxil olan beş blok arasında “İnstitutlar” – 36-cı, “Bazarın inkişaf səviyyəsi” – 63-cü yerləri tutub. Hər iki blokun mövqeyi bütövlükdə “innovasiya resursları” nəticəaltı indeksinin 65-ci mövqeyindən daha yüksəkdir.

“İnnovasiya resursları” nəticəaltı indeksi üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (68), Rusiyanı (71), Qazaxıstanı (73), Ermənistanı (77), Ukraynanı (78), Moldovanı (94), Belarus Respublikasını (98), Qırğızıstanı (106) və Tacikistanı (113) qabaqlayır.

İnstitutlar

“İnnovasiya resursları” nəticəaltı indeksinin tərkibində dövlət idarəetmə orqanlarının rolunu əks etdirən “İnstitutlar” bloku 36-cı yerdə qərarlaşmış və mövqeyini 5 pillə yaxşılaşdırıb.

“İnstitutlar” bloku üzrə Azərbaycan postsovet məkanında Gürcüstanı (37), Latviyanı (43), Özbəkistanı (57), Qazaxıstanı (75), Ermənistanı (78), Moldovanı (88), Tacikistanı (96), Ukraynanı (111), Qırğızıstanı (116), Rusiyanı (127) və Belarus Respublikasını (134) qabaqlayır.

“İnstitutlar” blokunda aqreqasiya edilmiş “institusional mühit” indikatoru 65-ci yeri tutaraq mövqeyini 5 pillə yaxşılaşdırıb. “Müəssisələr üçün əməliyyat sabitliyi” indikatoru 47-ci, “hökumətin səmərəliliyi” indikatoru isə 71-ci yerdə qərarlaşmış və sonuncu indikator üzrə Azərbaycan mövqeyini 3 pillə yaxşılaşdırıb.

“Hökumətin səmərəliliyi” indikatoru üzrə Azərbaycan postsovet məkanında Qazaxıstanı (72), Özbəkistanı (85), Rusiyanı (100), Ermənistanı (103), Ukraynanı (107), Tacikistanı (109), Belarus Respublikasını (116) və Qırğızıstanı (128) qabaqlayır.

“İnstitutlar” blokunun aqreqasiya edilmiş “Biznes mühiti” indikatoru yüksək – 4-cü yerdə qərarlaşıb. “Sahibkarlıq siyasəti və mədəniyyəti” indikatoru ardıcıl ikinci il yüksək – 2-ci yeri tutur. “Biznes siyasətinin sabitliyi” indikatoru isə 5-ci yerdə qərarlaşaraq əvvəlki illə müqayisədə mövqeyini 5 pillə yaxşılaşdırıb.

İnsan kapitalı və tədqiqatlar

“İnsan kapitalı və tədqiqatlar” blokunda “Orta təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi” indikatoru 58-ci yerdə qərarlaşaraq mövqeyini 9 pillə yaxşılaşdırıb.

“Orta məktəbdə şagird-müəllim nisbəti” indikatoru ardıcıl ikinci il yüksək – 20-ci yeri tutur.

“Oxu, riyaziyyat və təbiət elmləri üzrə PISA göstəriciləri” 69-cu yerdədir.

“Ali təhsil” aqreqasiya edilmiş indikatorunda “Elm və texnika sahələri üzrə məzunlar” göstəricisi 69-cu yerdədir.

“Tədqiqat və işlənmələr” aqreqasiya edilmiş indikatorunda “Tədqiqatçılar” göstəricisi 47-ci, “Qlobal korporasiyaların elmə investisiyaları” indikatoru isə 46-cı yerdə qərarlaşıb.

İnfrastruktur

2026-cı ildə “İnfrastruktur” bloku 87-ci yerdə qərarlaşıb və 2025-ci illə müqayisədə mövqeyini 18 pillə yaxşılaşdırıb.

“İnfrastruktur” blokunda aqreqasiya edilmiş “İnformasiya-kommunikasiya texnologiyaları” indikatoru 72-ci yeri tutur. Bu aqreqasiya edilmiş indikatorun tərkibində “Dövlət onlayn xidmətləri” göstəricisi 66-cı yerdədir.

“İnfrastruktur” blokunda “Elektrik enerjisinin istehsalı” indikatoru 71-ci yerdə qərarlaşıb.

Bazarın inkişaf səviyyəsi

“Bazarın inkişaf səviyyəsi” bloku 63-cü yeri tutaraq 2025-ci illə müqayisədə mövqeyini 9 pillə yaxşılaşdırıb. Bu blok üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (69), Rusiyanı (73), Ermənistanı (80), Ukraynanı (81), Moldovanı (85), Qazaxıstanı (89), Belarus Respublikasını (96), Qırğızıstanı (114) və Tacikistanı (117) qabaqlayır.

Bu blokun aqreqasiya edilmiş “Kredit” indikatoru yüksək – 33-cü yerdə qərarlaşmış və mövqeyini 4 pillə yaxşılaşdırıb. “Startapların və kiçik müəssisələrin maliyyələşdirilməsi” indikatoru isə yüksək – 11-ci yerdədir.

Biznesin inkişaf səviyyəsi

“Biznesin inkişaf səviyyəsi” blokunda “Biznes tərəfindən maliyyələşdirilən elmi tədqiqatlar” indikatoru 68-ci yerdədir.

Aqreqasiya edilmiş “İnnovasiya əlaqələri” indikatoru 41-ci yerdə qərarlaşaraq mövqeyini 19 pillə yaxşılaşdırıb.

“Klasterlərin inkişaf vəziyyəti” indikatoru 4-cü yeri tutur və 2025-ci illə müqayisədə 26 pillə irəliləyib.

“Universitetlərlə sənaye arasında ETTKİ sahəsində əməkdaşlıq” indikatoru 5-ci yerdə qərarlaşaraq mövqeyini 31 pillə yaxşılaşdırıb.

“Biliklərin mənimsənilməsi” aqreqasiya edilmiş indikatorunda “Əqli mülkiyyətə görə ödənişlər” göstəricisi 61-ci yerdə qərarlaşmış və mövqeyini 8 pillə yaxşılaşdırıb.

İnnovasiya nəticələri

Mühüm nəticəaltı indekslərdən biri “innovasiya nəticələri” nəticəaltı indeksidir. 2026-cı ildə bu nəticəaltı indeks 109-cu yerdə qərarlaşıb.

Bu nəticəaltı indeksin “Bilik və texnologiyaların yayılması” blokunda aqreqasiya edilmiş “Biliklərin təsiri” indikatorunun tərkibində “Elmi-texniki məqalələr” göstəricisi 54-cü yerdə qərarlaşıb və əvvəlki illə müqayisədə mövqeyini 35 pillə yaxşılaşdırıb.

“Əmək məhsuldarlığının artımı” indikatoru isə 61-ci yerdədir. Bu göstərici nəticə xarakterli indikator olmaqla istehsala qabaqcıl texnologiyaların tətbiqindən, intellektual əməyin nəticələrindən və işçilərin ixtisas səviyyəsinin yüksəldilməsindən asılıdır.

“Yaradıcı fəaliyyət nəticələri” blokunda aqreqasiya edilmiş “Yaradıcı məhsullar və xidmətlər” indikatorunun tərkibində “Əyləncə və media bazarı” göstəricisi 49-cu yerdədir.

İxtiraçılıq və əqli mülkiyyət göstəriciləri

Qeyd etmək lazımdır ki, ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması milli innovasiya prosesində prinsipial əhəmiyyət daşıyır və Qİİ-də “Mənşə üzrə patentlər” indikatoru ilə qiymətləndirilir.

“Bilik və texnologiya nəticələri” blokuna daxil olan bu indikator reytinqdə 56-cı yerdədir və ardıcıl ikinci il Qİİ-2026-nın ekspertləri tərəfindən ölkənin 10 güclü innovasiya nəticəsi sırasında qeyd edilib. Bu indikator üzrə Azərbaycan postsovet məkanında Litvanı (59), Moldovanı (61), Tacikistanı (76) və Ermənistanı (87) qabaqlayır. Qeyd edilməlidir ki, bu indikator üzrə Azərbaycan və Gürcüstan 53-58-ci yerlər arasında qərarlaşan ölkələr qrupunda yer alaraq Cənubi Qafqazda lider mövqeni bölüşürlər. Bu göstərici “Elmi-texniki məqalələr” indikatoru (54-cü yer) ilə birlikdə əqli mülkiyyət sisteminin – patent və müəllif-hüquq mühafizəsinin – əsas göstəricilərindən hesab olunur.

Digər mühüm indikator “Mənşə üzrə faydalı modellər”, yaxud “kiçik patentlər” göstəricisidir. Qİİ reytinqinə əsasən, bu indikator 40-cı yerdə qərarlaşıb.

“Mənşə üzrə əmtəə nişanları” indikatoru sənaye əqli mülkiyyətinin obyektləri ilə əlaqələndirilir və reytinqdə 80-ci yerdədir.

Yuxarıda göstərilən ixtiraçılıq fəallığı göstəriciləri ilə yanaşı, patent fəallığı ilə bağlı nəticələr də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan əsas göstəricilərdən biri olan “rezidentlərin PCT üzrə patent ərizələri” indikatoru 71-ci yerdə qərarlaşıb və 2025-ci illə müqayisədə mövqeyini 9 pillə yaxşılaşdırıb. Bu indikator üzrə Azərbaycan postsovet məkanında Belarus Respublikasını (76), Qazaxıstanı (75), Tacikistanı (87), Özbəkistanı (101) və Qırğızıstanı (103) qabaqlayır.

Nəticə

Qİİ reytinqinin təhlilinin yekunu olaraq qeyd etmək lazımdır ki, Azərbaycan üzrə göstəricilərin əsas problemlərindən biri ildən-ilə təkrarlanan “innovasiya resursları” və “innovasiya nəticələri” nəticəaltı indeksləri arasındakı fərq, yəni mövcud innovasiya potensialı ilə həmin potensialın praktiki nəticələrə çevrilməsi arasındakı uyğunsuzluqdur. 2026-cı ildə bu fərq 44 pillə təşkil edib ki, bu da mövcud innovasiya imkanlarından tam istifadə edilmədiyini göstərir. Eyni zamanda, Qİİ-nin hesablama metodologiyasına əsasən ölkənin reytinqdəki mövqeyi “innovasiya resursları” və “innovasiya nəticələri” nəticəaltı indekslərinin orta göstəricisi əsasında müəyyən edilir.

Bununla yanaşı, ölkə təhlilinin nəticələrinə əsasən Qİİ-nin ekspertləri qeyd edirlər ki, 2026-cı ildə Azərbaycanın innovasiya nəticələri üzrə göstəriciləri innovasiyalara yönəldilən resurslarla müqayisədə daha aşağı olub. Bu istiqamət üzrə mövcud vəziyyətin yaxşılaşdırılması müvafiq dövlət və digər aidiyyəti qurumların diqqətinin cəmləşdirilməsini tələb edir.

Qİİ üzrə ölkə reytinqinin yaxşılaşdırılması üçün mövcud ehtiyatlardan biri reytinqin tərtibatçılarına çatışmayan məlumatların vaxtında və tam təqdim edilməsi, habelə ölkə göstəriciləri üzrə köhnəlmiş məlumatların yenilənməsidir. Belə məlumatların hesabatda əks etdirilməməsi Azərbaycanın innovasiya potensialının və əldə etdiyi nəticələrin Qİİ-də tam şəkildə qiymətləndirilməsinə təsir göstərə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qaxda Zəfər Gününə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib

Çinin gecə səmasında maraqlı mənzərə: Ay iki planetlə yanaşı parlayıb – FOTOLAR

Fransada əhali 72 saatlıq fövqəladə vəziyyətə hazır olmağa çağırılıb

Bilyardın “Snuker” növü üzrə ölkə çempionatına yekun vurulub

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Seneqalın Misirdəki səfirliyi azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycanın turizm potensialı Çində tanıdılır

BDU tələbələri Çində: ikili diplom proqramının açdığı yeni imkanlar

Panama Respublikasının Prezidenti Zati-aliləri cənab Xose Raul Mulino Kinteroya

Avropanın sosial rifah modeli iqtisadi və siyasi çağırışlarla üz-üzədir – ŞƏRH

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət almaqda şübhəli bilinərək həbs edilib – BİRGƏ MƏLUMAT VİDEO

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət almaqda şübhəli bilinərək həbs edilib – BİRGƏ MƏLUMAT VİDEO

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

ABŞ-İran qarşıdurması dünya neft bazarını silkələyir: Azərbaycanın mövqeyi və iqtisadi dividendləri

Norveç millisinin və “Vikinq”in sabiq qapıçısı: “Sabah” izləməkdən zövq aldığım komandadır - EKSKLÜZİV MÜSAHİBƏ

Milli kimliyin və dövlətçiliyin təməli: Azərbaycançılıq məfkurəsi - ŞƏRH

Çindən kosmosa daha 18 peyk göndərilib

Beynəlxalq yarışlarda fərqlənən idmançılarla görüş olub

Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb

® “Nizami City”də təmirli mənzil kampaniyası başladı: Məhdud sayda mənzil VİDEO

® “Nizami City”də təmirli mənzil kampaniyası başladı: Məhdud sayda mənzil VİDEO

®  “Baku Steel Company” “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir VİDEO

® “Baku Steel Company” “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir VİDEO

Qazaxıstan Atırau-Samara kəməri ilə neft nəqlinin bərpa olunduğunu açıqlayıb

Sədərəkdə mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb

KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb

“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib

Qızıl oktyabrda 6,8 faiz ucuzlaşıb

NASA-nın simulyasiyalı Mars missiyası ekipajının 378 günlük təcrid müddəti başa çatıb

“Sahiblik” adlı yeni kitab çapdan çıxıb

ADPU tələbələrinin dayanıqlı inkişaf savadlılığı qiymətləndirilib

Naxçıvan qovurması, nəsildən-nəslə ötürülən dad və ənənə - REPORTAJ

Ruandalı nazir: Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bütün dünya üçün ilhamvericidir

İranın xarici işlər naziri: Səudiyyə Ərəbistanı ilə dialoqu davam etdiririk

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

“Neftçi” XXI əsrdə qol rekordunu yeniləyib

Bolqarıstanda güclü yağışlar daşqınlara səbəb olub, Varnada məktəblər bağlanıb

Sinifdə məlumatın dəyərləndirilməsini təşviq edən yeni vəsait nəşr olunub

AKTİ-nin sədri: Zəfər tarixinin gələcək nəsillərə ötürülməsi hər bir Azərbaycan vətəndaşının məsuliyyətidir

Makron hakimiyyətinin qarşısındakı əsas sınaq küçələrə nəzarəti qorumaqdan daha dərindir - RƏY

Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı

Etirazlar Avropada gələcək siyasi sistemlərin və hökumətlərin müqəddəratını müəyyənləşdirə bilər - ŞƏRH

Azərbaycanda quş əti istehsalının 30, yumurta istehsalının isə 27 faiz artırılması hədəflənir

Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib

Azərbaycan nefti 116 dollara satılır VİDEO

Azərbaycan nefti 116 dollara satılır VİDEO

UNESCO: Jurnalist qətllərinə görə cəzasızlıq qlobal miqyasda artıb

Çempionlar Liqası: “Qalatasaray” Almaniya klubuna qarşı

8 Noyabr – Zəfər Günü milli iradənin, dövlətçilik qətiyyətinin və tarixi ədalətin təntənəsidir

® “Bank Respublika” və “AccessBank” strateji əqdin uğurla başa çatdığını elan ediblər

Azərbaycanlı alim beynəlxalq jurnalın rəyçilik sertifikatına layiq görülüb

“Turan” Çempionlar Liqasında Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır

“Xilasedici” Çempionlar Liqasında mübarizəyə başlayır

Ağdaş, Yevlax və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq

Azərbaycançılıq düşüncəsi: Milli kimliyimizin və dövlətçiliyimizin ideoloji əsası MƏQALƏ

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Xankəndidə Zəfər Gününə həsr olunmuş minifutbol turnirinin açılışı olub

Tramp: ABŞ qlobal nüfuzunu bərpa edib və hazırda Çindən xeyli irəlidədir

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub

Qaradağ rayonunda son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Almaniya altıncı nəsil döyüş təyyarəsinin hazırlanması layihəsində iştirakını araşdırır

Aİ Britaniyanın ittifaqa qayıtması şərtlərində çeviklik göstərə bilər

Media: ABŞ qüvvələri İranın Qeşm adasına zərbə endirib

Vens: ABŞ İranla razılaşma üçün vaxt çərçivəsi müəyyən etməyib

ÜST: Efiopiyanın şimalında səhiyyə sistemi çökmək təhlükəsi ilə üzləşib

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək

Yığmanın məşqçisi: Cüdoçumuzun qızıl medal qazanacağını gözləyirdik VİDEO

Yığmanın məşqçisi: Cüdoçumuzun qızıl medal qazanacağını gözləyirdik VİDEO

Məşqçi: Cüdoçumuz 8 ildən sonra tarixi qələbəni təkrarladı VİDEO

Məşqçi: Cüdoçumuz 8 ildən sonra tarixi qələbəni təkrarladı VİDEO

Qızıl medal qazanan cüdoçu: Məşqçilərimə və ailəmə çempion olacağıma dair söz vermişdim VİDEO

Qızıl medal qazanan cüdoçu: Məşqçilərimə və ailəmə çempion olacağıma dair söz vermişdim VİDEO

Azərbaycanın Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalçısı Vətənə qayıdıb VİDEO

Azərbaycanın Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalçısı Vətənə qayıdıb VİDEO

Vens ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğunu bildirib

Tramp: İranla müharibə ehtimalının azalması fonunda neftin qiyməti kəskin ucuzlaşır

Oman sahillərində mərmi zərbəsinə məruz qalan gəmi batıb

Tramp İranla bağlı hərbi əməliyyatların bərpasına qərar verməyə tələsmədiyini bildirib

Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq

Naxçıvan Dövlət Kukla Teatrı Salyan şəhərinə qastrol səfəri edib

Media: Qətərli vasitəçilər ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün İrana gediblər

Fransada məhbusların sayı rekord həddə çatıb

Aralıq dənizində 5,1 bal gücündə zəlzələ qeydə alınıb

“Ədibin Evi” qəhrəmanlıq mövzusunda milli komiks müsabiqəsinin qaliblərini elan edib

Zaporojye bölgəsində humanitar yardım məntəqəsi aviabombalarla vurulub, 24 nəfər həlak olub

Balakəndə “Zamanın rəngləri – Zəfər” adlı sərgi açılıb

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Gəncə Dövlət Milli Dram Teatrında “Əli və Nino” tamaşasının premyerası olub

Finlandiyada Zəfər Günü qeyd olunub

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH