Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Yasamal rayonu, H.Zərdabi küçəsi, 69 ünvanından keçən içməli su xəttində qəza baş verib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, qəza barədə məlumat daxil olan kimi əraziyə operativ şəkildə briqada və texnika cəlb olunub.
Görülən tədbirlər nəticəsində su axıntısının qarşısı alınıb.
Hazırda qəza baş vermiş xəttin təmiri və su təchizatının normal vəziyyətə gətirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.