İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
Bakı, 30 sentyabr, AZƏRTAC
İspaniya hökuməti ABŞ-İran gərginliyinin enerji qiymətlərinə təsirinin qarşısını almaq məqsədilə üçüncü stimullaşdırıcı paket təsdiqləyib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, paketə təbii qaz tariflərində artımlar məhdudlaşdırılıb və yanacaq qiymətlərindəki endirimlərin müddəti ilin sonuna qədər uzadılıb.
Baş nazirin müavini, iqtisadiyyat, ticarət və şirkətlər naziri Karlos Kuerpo bildirib ki, bu, enerji qiymətlərinə təsir edən geosiyasi risklər fonunda ev təsərrüfatları, müəssisələr və müxtəlif sektorlar üçün dəstək tədbirlərini ilin sonuna qədər uzatmaq və yeni qaydalar tətbiq etmək məqsədi daşıyır. O, Yaxın Şərqdəki gərginliyə cavab olaraq indiyə qədər təsdiqlənən üç paketin ümumi dəyərinin 12 milyard avronu keçdiyini qeyd edib.
Qərarda oktyabr ayında yanacaq qiymətlərinin litr üçün 20 sent, noyabr ayında 13 sent və dekabr ayında 6 sent azaldılmasını nəzərdə tutur. Hökumət, həmçinin 3 milyondan çox istehlakçıya fayda verən tənzimlənən qaz tariflərinin artımını oktyabr ayında 35 faiz və sonrakı dövrlərdə 15 faizlə məhdudlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]