Yunanıstanda 4 bal gücündə zəlzələ olub
Afina, 30 sentyabr, AZƏRTAC
Yunanıstanın Fiv şəhəri yaxınlığında 4 bal gücündə zəlzələ baş verib. Bir neçə dəqiqə sonra eyni ərazidə daha bir yeraltı təkan qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Afina Milli Rəsədxanasının Geodinamika İnstitutunun məlumatına əsasən, ilk zəlzələ sentyabrın 30-da yerli vaxtla saat 08:20-də qeydə alınıb.
Zəlzələnin episentri Fiv şəhərindən 2 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanın ocağı 12,3 kilometr dərinlikdə olub.
Bir neçə dəqiqə sonra, saat 08:28-də 3,3 bal gücündə ikinci zəlzələ qeydə alınıb. Onun episentri Fiv şəhərindən 3 kilometr cənubda, ocağı isə 11,8 kilometr dərinlikdə yerləşib.
Hər iki təkan eyni geniş ərazidə qeydə alınıb.
Yunanıstanın aidiyyəti qurumları seysmik fəallığı izləməyə davam edir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]