Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumatlara görə, görüşdə vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin müvafiq qaydada araşdırılacağı və qanunvericiliyə uyğun həll ediləcəyi bildirilib.
Müraciətlər əsasən, qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.