Milli Süni İntellekt Mərkəzi: Süni intellekt texniki problemlərin həllini asanlaşdırır
Bakı, 27 oktyabr, AZƏRTAC
Süni intellekt həlləri texniki problemlərin aradan qaldırılması üçün zəruri məlumatların axtarışını asanlaşdırır. Lakin ümumi təyinatlı dil modelləri geniş və müxtəlif mənbələrdən əldə olunan məlumatlardan istifadə edir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Süni İntellekt Mərkəzinin (MSİM) baş kommersiya direktoru Ulfan Əliyev deyib.
Ulfan Əliyev bildirib ki, əvvəllər texniki problemlərin həlli üçün lazımi məlumatları tapmaq məqsədilə dəqiq açar sözlərdən istifadə etmək tələb olunurdu.
“Axtarış sorğusu düzgün qurulmadıqda, suala cavab verən məqaləni müəyyənləşdirmək çətinləşir”, - deyə Ulfan Əliyev qeyd edib.
Müxbirlər - Pərvanə Qafarova, Günel Alıyeva
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Ceyhun Mustafayev