Almaniyada avtomobil bir qrup insanın üzərinə sürülüb, xəsarət alanlar var
Berlin, 27 oktyabr, AZƏRTAC
Almaniyanın Aşağı Saksoniya əyalətinin Noyştat am Rübenberqe şəhərində avtomobil bir qrup insanın üzərinə sürülüb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Ötən gecə baş verən hadisə polis əməkdaşlarının nəqliyyat vasitələrinin yoxlanışını həyata keçirdikləti vaxt baş verib. Polis əməkdaşları avtomobili dayandırmaq məqsədilə ona atəş açıblar. Lakin hadisənin törədənlər avtomobili tərk edərək piyada qaçıblar. Onların axtarışları davam etdirilir.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə olmadığı bildirilir. Hadisə nəticəsində bir neçə avtomobilə də ziyan dəyib.
Hadisənin dəqiq səbəbləri və iştirakçıların sayı hələlik məlum deyil. Faktla bağlı araşdırmalar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [13:05]
Macarıstanlı həvəskar astronom Yerə yaxın yeni asteroid kəşf edib
- 27.10.2026 [12:41]
Konqoda Ebola virusuna yoluxanların sayı 10 mini ötüb
- 27.10.2026 [12:38]
Qazaxıstan yerli dron istehsalını genişləndirəcək
- 27.10.2026 [12:20]
Sudanda PUA hücumları nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]