Rəqəmsal gələcək və süni intellekt: VII Dialoq Forumunda plenar iclas
Bakı, 27 oktyabr, AZƏRTAC
“Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” mövzusunda plenar iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, iclas UNESCO, Mədəniyyət Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə tərəfdaşlığı ilə təşkil olunub.
Tədbirin əsas məqsədi mədəniyyətlərarası rəqəmsal səriştələrin inklüzivliyin, qarşılıqlı hörmətin və sosial həmrəyliyin təmin olunduğu rəqəmsal gələcəyin formalaşmasına töhfəsini müzakirə etməkdir.
Müxbirlər - Günel Alıyeva, Pərvanə Qafarova
Fotoqraf - Səfiyar Məcnun
Video - Ceyhun Mustafayev