UNESCO rəsmisi: Davamlı sülh cəmiyyətlərdə qərəzlərin aradan qaldırılmasından və uşaqların təhsilindən başlayır
Bakı, 27 oktyabr, AZƏRTAC
Biz dünyanın parçalanma və qütbləşmə dövründən keçdiyi bir vaxtda toplaşmışıq. Sülhsevər cəmiyyətlər qurmaq və münaqişələrin qarşısını almaq üçün, ilk növbədə, cəmiyyətləri ayıran qərəzləri və bərabərsizlikləri aradan qaldırmaq lazımdır. Bu, UNESCO-nun təsis olunarkən qarşıya qoyduğu əsas missiyanın ayrılmaz hissəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri UNESCO-nun Baş direktorunun müavini Asa Regner “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib.
O qeyd edib ki, davamlı sülh uşaqlardan və məktəbə yeni qədəm qoyan şagirdlərdən başlayır. Buna görə də məktəblər elə məkanlar olmalıdır ki, uşaqlar və şagirdlər burada yalnız bilik əldə etməsinlər, eyni zamanda, tənqidi düşünməyi və bir-birlərinə hörmət etməyi də öyrənsinlər. “UNESCO mədəniyyətlərarası dialoqu sülh və dünyanın hər yerində insanlar üçün real, praktik bir qüvvəyə çevirmək məqsədilə Azərbaycan və bütün tərəfdaşları ilə əməkdaşlığını davam etdirəcək”, - deyə Asa Regner qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:38]
Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsi anılıb
- 27.10.2026 [12:23]
Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək
- 27.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]