Naxçıvanda “mygov” platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib
Naxçıvan, 27 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə “mygov” platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, muxtar respublika sakinləri qarşılaşdıqları problemlər, onları narahat edən sosial-iqtisadi məsələlər, eləcə də təklif və şikayətləri ilə bağlı “mygov” platforması vasitəsilə də səlahiyyətli nümayəndəliyə birbaşa müraciət edə bilərlər.
Bu imkan vətəndaşların gündəlik həyatına təsir edən məsələlərin daha operativ çatdırılmasına, müraciətlərin aidiyyəti üzrə yönləndirilməsinə və onlara çevik baxılmasına şərait yaradır. Səlahiyyətli nümayəndəliyin və muxtar respublikanın aidiyyəti icra qurumlarının səlahiyyətlərinə aid məsələlər üzrə müraciətlərin icra vəziyyətinin izlənilməsi də portal vasitəsilə mümkün olur.
Əsas məqsəd vətəndaşların problemlərinin qısa müddətdə həllinə nail olmaq, müraciət imkanlarını genişləndirmək və vətəndaşlarla dövlət qurumları arasında birbaşa əlaqəni gücləndirməkdir.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:08]
Gecə saatlarında əməliyyat – “zərərçəkmişlər” xilas olundu VİDEO
- 27.10.2026 [11:58]
Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük
- 27.10.2026 [11:42]
Qazaxda kişi meyiti tapılıb
- 27.10.2026 [11:33]
Vətən müharibəsi şəhidi Ruslan Binnətovun ailəsi ziyarət edilib
- 27.10.2026 [11:30]
ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO
- 27.10.2026 [10:53]
Tələbələr arasında antinarkotik təbliğatı gücləndirilir
- 27.10.2026 [10:33]
Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə Qubada dərzi sexi açıb
- 27.10.2026 [10:29]
Şəkidə iki şəhid ailəsi ziyarət edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]