Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə UNESCO-nun Baş direktorunun müavini xanım Asa Regnerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı DTA ilə UNESCO arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib. Turizm əhəmiyyətli mədəni irsin qorunması və dayanıqlı turizmin inkişafı istiqamətində birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş mədəni irs obyektlərinin qorunması və dayanıqlı idarə olunması, İpək Yolları Proqramı çərçivəsində birgə təşəbbüslər, dayanıqlı turizmin inkişafı, UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi çərçivəsində əməkdaşlıq və qastronomiya turizminin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə mədəni irs obyektlərinin qorunmasının, tanıtım və təbliğat işlərinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.10.2026 [16:33]
Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək
- 22.10.2026 [15:05]
Azərbaycanın qolf turizmi imkanları Fransada təbliğ olunub
- 22.10.2026 [11:36]
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
- 22.10.2026 [11:04]
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib VİDEO
- 21.10.2026 [18:19]
Şəkidə mediatur: Kiş Alban məbədi, kəlağayı sənəti və Şəki pitisi
- 21.10.2026 [16:06]
Azərbaycanın turizm imkanları Çexiyada təqdim olunub
- 21.10.2026 [10:56]
“Kiş” Tarix-Memarlıq Qoruğunu 9 ayda 50 minə yaxın turist ziyarət edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]