Ötən gün 36 cinayətin açılması təmin olunub
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 125, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 13 nəfər isə saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı və 5 tüfəng aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər də saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [11:40]
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
- 27.10.2026 [11:33]
Vətən müharibəsi şəhidi Ruslan Binnətovun ailəsi ziyarət edilib
- 27.10.2026 [11:20]
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
- 27.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 27.10.2026 [11:00]
Bakıda yeni park salınır
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]