Masallı, Ağstafa və Samuxun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Bakı, 27 oktyabr, AZƏRTAC
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Masallı, Ağstafa və Samux Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Masallıda 35 kV-luq “Əminli” hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək Ərəb, Hacıtəpə, Həsənli, Xırmandalı kəndləri və şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Ağstafada 110/35/10 kV-luq “Poylu” yarımstansiyasında yerinə yetiriləcək təmir işləri zamanı rayonun Ceyrançöl, Poylu qəsəbələri, eləcə də Kolxəlfəli, Qıraq Kəsəmən və Pirli kəndlərinin bəzi ərazilərində saat 12:00-dan 16:00-dək enerjinin verilişində müvəqqəti fasilə yaranacaq.
Samuxda 10 kV-luq “Gülçülük” və 6 kV-luq “Nasos” hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 12:00-dək Natəvən qəsəbəsi, Zazalı və Ziyadlı kəndlərini əhatə edəcək.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [11:42]
Qazaxda kişi meyiti tapılıb
- 27.10.2026 [11:33]
Vətən müharibəsi şəhidi Ruslan Binnətovun ailəsi ziyarət edilib
- 27.10.2026 [11:30]
ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR
- 27.10.2026 [10:53]
Tələbələr arasında antinarkotik təbliğatı gücləndirilir
- 27.10.2026 [10:33]
Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə Qubada dərzi sexi açıb
- 27.10.2026 [10:29]
Şəkidə iki şəhid ailəsi ziyarət edilib
- 27.10.2026 [09:34]
Dövlətyarlı kəndi doğma sakinlərini qarşılamağa hazırlaşır VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]