ABŞ FTB-nin sabiq direktoru məxfi məlumatları mediaya sızdırmaqda ittiham olunur
Bakı, 27 oktyabr, AZƏRTAC
ABŞ mətbuatında yer alan xəbərlərə görə, Ədliyyə Nazirliyinin federal prokurorları Federal Təhqiqat Bürosunun (FTB) sabiq direktoru Ceyms Komini məxfi məlumatları mediaya sızdırmaqda ittiham ediblər.
AZƏRTAC xəbər verir ki, Ceyms Komi 2016-cı ilin oktyabr ayında vəzifədə çalışdığı dövrdə “The New York Times” qəzetinə məxfi məlumatların sızdırılmasında şübhəli bilinir.
Məhkəməyə təqdim edilən sənədlərdə iddia olunur ki, sabiq direktor öz əməkdaşlarına ABŞ-nin elektron poçt nəzarəti fəaliyyətləri barədə “The New York Times” qəzetinin müxbirinə məlumat verməyi tapşırıb və bununla da məxfi sənədlərin qanunsuz şəkildə ötürülməsinə şərait yaradıb.
Sosial mediada yayımlanan videoda Kominin ittihamları rədd etdiyi və Ədliyyə Nazirliyinin prokurorlarını səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırdığı bildirilir.
İttihamların Ədliyyə Nazirliyinin müstəqilliyinə xələl gətirdiyini iddia edən FTB-nin sabiq direktoru deyib: “Mənim üçün heç nə dəyişməyib. Mən təqsirsizəm, bu insanlardan qorxmuram və müstəqil federal məhkəmə sisteminə inanmağa davam edirəm”.
Bu yeni ittihamlar ABŞ Prezidenti Donald Trampın administrasiyası dövründə Kominin federal səviyyədə üçüncü dəfə cinayət məsuliyyətinə cəlb edilməsi cəhdidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [11:49]
Suriya İordaniya ilə sərhədini bağlayıb
- 27.10.2026 [11:43]
Saçını düzləşdirən qadın xəstəxanalıq olub
- 27.10.2026 [10:32]
İsraildə parlament seçkiləri keçirilir
- 27.10.2026 [10:21]
BMT: Münaqişə və müharibələrdə hər gün təqribən 25 qadın və qız öldürülür
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]