İRİA: 2030-cu ilədək əhalinin rəqəmsal savadlılığının 70 faizə çatdırılması hədəflənir
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycanda rəqəmsal savadlılığın artırılması istiqamətində işlər görülür. Hazırda ölkədə əhali arasında rəqəmsal savadlılıq 25 faiz təşkil edir. 2030-cu ilədək əhalinin rəqəmsal savadlılığının 70 faizə çatdırılması hədəflənir.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova deyib.
Onun sözlərinə görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) 2026-cı il Qlobal İnnovasiya İndeksində Azərbaycan 139 ölkə arasında 85-ci yerdə qərarlaşıb. O, rəqəmsal savadlılığın artırılmasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, son illərdə bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirilib.
Vüsalə Qurbanova bildirib ki, rəqəmsal bacarıqların inkişafı, əhalinin rəqəmsal xidmətlərdən istifadəsinin genişləndirilməsi və beynəlxalq proqramlarda iştirak bu sahədə diqqət yetirilən əsas istiqamətlərdəndir.
Müxbir - Pərvanə Qafarova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [11:48]
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
- 27.10.2026 [11:47]
Bankların kredit portfeli 33,7 milyard manata çatır
- 27.10.2026 [11:44]
Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb
- 27.10.2026 [11:38]
Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyişir
- 27.10.2026 [11:32]
Bankomat və POS-terminalların sayı azalıb
- 27.10.2026 [11:27]
Bank sektorunun xarici öhdəlikləri azalıb
- 27.10.2026 [11:19]
Fiziki şəxslərin əmanətlərinin 71,4 faizi milli valyutadadır
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]