Metronun “Həzi Aslanov-İçərişəhər” istiqamətində qatarların birbaşa hərəkəti bərpa olunub
Bakı, 27 oktyabr, AZƏRTAC
Metronun “Həzi Aslanov-İçərişəhər” sahəsində birbaşa hərəkət bərpa olunub.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a verilən məlumata görə, dalan yolları istismara verilməzdən əvvəl texniki tələblərə uyğun olaraq təsərrüfat qatarı ilə əndazə ölçüləri yoxlanılıb, yüksək gərginlik altında sınaq yürüşləri keçirilib.
Yoxlamalar zamanı qatarların hərəkət təhlükəsizliyi, elektrik təchizatının etibarlılığı, eləcə də mühəndis-texniki və kommunikasiya sistemlərinin mərkəzləşdirilmiş idarəetmə davamlılığı təsdiqini tapıb və bütün standartlara cavab verən obyekt istismara qəbul olunub. Bununla da “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv edilərək “Həzi Aslanov–İçərişəhər” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa olundu. Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir.
Xatırladaq ki, 1981–1987-ci illərdə inşa edilmiş yol dalanının izolyasiya qatı 20 ildən artıq istismar müddətində qrunt suları və eroziya səbəbindən sıradan çıxdığı üçün ərazidə kompleks yenidənqurma aparılıb.
2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində “Bakı Metropoliteni” QSC tərəfindən icra olunan bu layihə metropoliten infrastrukturunun müasirləşdirilməsinə və sərnişindaşıma təhlükəsizliyinin artırılmasına xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [11:48]
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
- 27.10.2026 [11:47]
Bankların kredit portfeli 33,7 milyard manata çatır
- 27.10.2026 [11:44]
Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb
- 27.10.2026 [11:38]
Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyişir
- 27.10.2026 [11:32]
Bankomat və POS-terminalların sayı azalıb
- 27.10.2026 [11:27]
Bank sektorunun xarici öhdəlikləri azalıb
- 27.10.2026 [11:19]
Fiziki şəxslərin əmanətlərinin 71,4 faizi milli valyutadadır
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]