MDB ölkələrinin humanitar əməkdaşlıq üzrə Fəaliyyət Planı ekspertlər qrupu tərəfindən təsdiqlənib
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Minskdəki Müstəqil Dövlətlər Birliyinin qərargahında MDB-yə üzv dövlətlərinin 2027-2028-ci illər üçün humanitar əməkdaşlıq üzrə Prioritet Fəaliyyət Planının layihəsinin yekunlaşdırılması və təsdiq edilməsi üzrə ekspert qrupunun iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin məlumatına istinadla xəbər verir ki, humanitar sahədə ikiillik proqramların hazırlanması və həyata keçirilməsi təcrübəsi 2008-ci ildən bəri MDB Humanitar Əməkdaşlıq Şurasının təşəbbüsü ilə uğurla davam etdirilir və Birlik daxilində çoxtərəfli əməkdaşlığın davamlı vektorunu təmin edir.
Bu genişmiqyaslı sənədin layihəsi üzv dövlətlərdən, MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyindən və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondundan (BHƏF) alınan təkliflər əsasında hazırlanıb. Plan doqquz əsas tematik bölməni, 200-dən çox konkret layihə və fəaliyyəti əhatə edir.
Sənəd təhsil, elm, mədəniyyət, informasiya və kütləvi kommunikasiya, kitab nəşri, idman, sağlam həyat tərzinin təşviqi, turizm və gənclər siyasəti sahələrində birgə səylərin effektiv əlaqələndirilməsini təmin etmək üçün hazırlanıb.
İclas zamanı ekspertlər Birlik ölkələrindən alınan şərhləri və əlavələri ətraflı şəkildə nəzərdən keçiriblər və bundan sonra sənəd layihəsi təsdiq edilib.
2027-2028-ci illər üçün Prioritet Fəaliyyət Planı MDB Hökumət Başçıları Şurasının 2026-cı ilin dekabr ayında keçiriləcək iclasında nəzərdən keçirilməsi və təsdiqlənməsi üçün təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [11:49]
Suriya İordaniya ilə sərhədini bağlayıb
- 27.10.2026 [11:43]
Saçını düzləşdirən qadın xəstəxanalıq olub
- 27.10.2026 [10:32]
İsraildə parlament seçkiləri keçirilir
- 27.10.2026 [10:21]
BMT: Münaqişə və müharibələrdə hər gün təqribən 25 qadın və qız öldürülür
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]