Rusiya Prezidenti Norveç və Finlandiya liderləri ilə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə edib
Bakı, 27 oktyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Norveçin Baş naziri Yonas Qar Styör və Finlandiya Prezidenti Aleksander Stubb ilə telefon danışıqları zamanı Ukrayna münaqişəsinin nizamlanması məsələlərini müzakirə edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, danışıqlar əsnasında Skandinaviya ölkələrinin liderləri və Rusiya Prezidenti Baltik dənizində gəmiçiliyin təhlükəsizliyi, Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşü və digər məsələləri müzakirə ediblər.
Norveç və Finlandiya liderləri bildiriblər ki, onlar bu danışıqları Avropa İttifaqının deyil, öz ölkələrinin adından aparıblar. Bundan başqa, Yonas Qar Styör müzakirələrin nəticələri barədə Ukrayna Prezidenti Volodimir Zelenskini məlumatlandırıb.
Aleksander Stubb isə Putinlə müzakirələri açıq və səmimi şəraitdə keçdiyini bəyan edib. Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli Rusiya ilə birbaşa danışıqların aparılmasını tələb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [15:21]
Çexiyada qətlə görə məsuliyyətə cəlb edilmə müddətinin ləğvi təklif olunur
- 27.10.2026 [14:52]
Çin alimləri su qıtlığına qarşı yeni strategiya təklif ediblər
- 27.10.2026 [13:49]