İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib
Bakı, 27 oktyabr, AZƏRTAC
İraq məhkəməsi İŞİD terror təşkilatına üzv olmaqda və mülki əhali arasında qorxu yaratmaqda təqsirləndirilən 7 Fransa vətəndaşını azadlıqdan məhrum edib.
AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, Əlcəzairəsilli Fransa vətəndaşlarından altısı 20 il müddətinə ömürlük həbs cəzasına, bir fransalı isə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onlar İŞİD-ə qoşulmaqda, Suriyada təşkilatın sıralarında fəaliyyət göstərməkdə və mülki əhali arasında qorxu yaratmaqda təqsirli biliniblər.
Məhkəmənin hakimi bildirib ki, qərarın məqsədi məhkumların islah olunmasına və həyat yollarını dəyişmələrinə imkan yaratmaqdır.
Xatırladaq ki, mühakimə olunanlar 2025-ci ildə Suriyadan İraqa gətirilən 47 Fransa vətəndaşından ibarət birinci qrupun tərkibində olublar.
Qeyd olunur ki, 2026-cı ilin əvvəlindən Suriyadan İraqa 60-a yaxın ölkənin İŞİD-ə mənsub olmaqda şübhəli bilinən 5700-dən çox vətəndaşı köçürülüb. İraq Ali Məhkəmə Şurasının məlumatına görə, onların ilkin istintaqı başa çatdırılıb və işlərin növbəti məhkəmə mərhələsinə keçirilməsinə başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [13:49]
Şri-Lankada əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb
- 27.10.2026 [13:24]
Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb
- 27.10.2026 [13:20]
Dunay çayı kanalizasiya suları ilə çirklənib
- 27.10.2026 [13:05]
Macarıstanlı həvəskar astronom Yerə yaxın yeni asteroid kəşf edib
- 27.10.2026 [12:41]
Konqoda Ebola virusuna yoluxanların sayı 10 mini ötüb
- 27.10.2026 [12:38]