UNCTAD rəsmisi: Rəqəmsallaşma yaradıcı xidmətlərin beynəlxalq ticarətdə inkişafını sürətləndirir
Bakı, 27 oktyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Ticarət və inkişaf üzrə xidmətlər bölməsinin rəhbəri Donq Vu “Sahibkarlar parçalanmış dünyanın qiymətləndirilməyən diplomatları kimi” mövzusundakı biznes dialoqunda deyib.
O bildirib ki, yaradıcı xidmətlər artıq qlobal xidmət ixracının 20 faizini əhatə edir.
“Azərbaycanda mədəniyyət, istirahət, tarixi və mədəni irs xidmətləri ixracı 2024-cü ildə 108 milyon dollar, idxalı isə 31 milyon dollar təşkil edib. Nəticədə 77 milyon dollar həcmində ticarət profisiti yaranıb.
Bununla belə, qlobal miqyasda iştirak qeyri-bərabər qalıb, cəmi 10 iqtisadiyyatın yaradıcı xidmətlər ixracı 73 faizdən çoxunu təmsil edib. Ən az inkişaf etmiş ölkələr və kiçik ada dövlətləri qlobal yaradıcı xidmət ixracı və idxalının 0,1 faizindən azını təşkil edir ki, bu da məhdud rəqəmsal bağlantı, bacarıqlar və maliyyəyə çıxış kimi problemlərdən irəli gəlir”, - deyə o qeyd edib.
Videooperator - Ələkbər Baxşiyev