“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
Bakı, 30 sentyabr, AZƏRTAC
“flydubai” təsdiq edir ki, sentyabrın 30-da Dubay Beynəlxalq Hava Limanından (DXB) Ben-Qurion Beynəlxalq Hava Limanına (TLV) FZ 1073 nömrəli reysi yerinə yetirən hava gəmisində uçuş zamanı insident baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə “flydubai”ın yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd edilib ki, hava gəmisi Tabuk (TUU) hava limanına təhlükəsiz eniş edib.
“Bütün sərnişinlərin təhlükəsizliyi təmin olunub və onların hamısı qeydiyyatdadır. Sərnişinlərimizin və ekipaj üzvlərimizin təhlükəsizliyi və rifahı bizim üçün ən yüksək prioritet olaraq qalır. Komandalarımız aidiyyəti qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Əlavə təsdiqlənmiş məlumatlar əldə olunduqca ictimaiyyətə növbəti açıqlamalar təqdim ediləcək”, - deyə şirkətin açıqlamasında bildirilib.
Xatırladaq ki, Dubay–Təl-Əviv marşrutu üzrə uçuş həyata keçirən “flydubai” aviaşirkətinin sərnişin təyyarəsi Səudiyyə Ərəbistanına enib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]