Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb
Buxarest, 30 sentyabr, AZƏRTAC
Rumıniyanın Ukrayna ilə sərhədi yaxınlığında hava hədəfinin aşkarlanmasından sonra İspaniya Hərbi Hava və Kosmik Qüvvələrinin iki F-18 qırıcı təyyarəsi havaya qaldırılıb.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın “Digi24” telekanalı ölkənin Milli Müdafiə Nazirliyinə istinadla bildirir ki, radar müşahidə sistemi Ukrayna ərazisində, İzmail şəhərinin şərqində və Rumıniya ilə çay sərhədinin yaxınlığında hərəkət edən hava hədəfi müəyyən edib.
Vəziyyətin monitorinqi üçün NATO-nun gücləndirilmiş hava patrulu missiyası çərçivəsində Rumıniyada yerləşdirilən İspaniyanın iki F-18 təyyarəsi havaya qalxıb.
Rumıniyanın Milli Hərbi Komandanlıq Mərkəzi Tulça rayonunun şimalında əhalinin xəbərdar edilməsi üçün Fövqəladə Hallar Baş Müfəttişliyinə məlumat verib. Yerli sakinlərə RO-Alert sistemi vasitəsilə xəbərdarlıq göndərilib.
Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin milli hava məkanına hər hansı icazəsiz daxilolma qeydə alınmayıb. Hadisə Ukraynanın Dunay sahili və Rumıniya sərhədinə yaxın ərazidə baş verib.
Son günlər Ukraynanın Dunay limanlarına hava hücumlarının intensivləşməsi fonunda Rumıniyanın sərhədyanı rayonlarında hava məkanının monitorinqi gücləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]