Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
Bakı, 30 sentyabr, AZƏRTAC
Mingəçevir Sənaye Parkında 2300 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, parkda “Textile Horizon” MMC tərəfindən 221 milyon manat investisiya dəyərində “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində: 11,2 hektar ərazidə istehsal kompleksi yaradılacaq, 2300 yeni iş yeri açılacaq, əsas xammal kimi xam pambıqdan istifadə olunacaq, illik 16 min ton mahlıc, 11 min ton iplik, 7,3 min ton boyalı parça və 11 milyon ədəd köynək istehsal ediləcək, məhsulların həm daxili, həm də xarici bazarlara çıxarılması planlaşdırılır.
Layihədə ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Almaniya və Hindistanın texnologiyalarından istifadə olunması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [14:31]
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb
- 30.09.2026 [13:25]
Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır
- 30.09.2026 [13:10]