“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb
Qahirə, 30 sentyabr, AZƏRTAC
Husilərin Qırmızı dənizdə kommersiya gəmilərinə hücumlarının başlanmasından sonra 260 gəmi mühafizə və müşayiət üçün Avropa İttifaqının Qırmızı dənizdə ticarət gəmilərini müşayiət edən “Aspides” missiyasına müraciət edib.
AZƏRTAC “əl-Hədəs”ə istinadla xəbər verir ki, bunu “Aspides” missiyasının nümayəndəsi bildirib. O əlavə edib ki, hər ay Bab əl-Məndəb boğazı ərazisində təxminən 130 gəmi müşayiət üçün müraciət edir. Onun sözlərinə görə, missiya Bab əl-Məndəb boğazı və Qırmızı dənizdə təhlükəsizlik vəziyyətini yaxından izləyir.
Nümayəndə qeyd edib ki, “Aspides” fəaliyyət göstərdiyi ərazidə təhlükəsizlik mühitini davamlı qiymətləndirir və beynəlxalq hüquqa uyğun olaraq, missiyanın müəyyən edilmiş mandatı çərçivəsində naviqasiya azadlığının təmin edilməsinə hazırdır.
Məlumata görə, “Aspides” missiyasının 2024-cü ildə fəaliyyətə başlamasından etibarən ümumilikdə 2640 gəmi mühafizə və müşayiət üçün müraciət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]