Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq
Bakı, 30 sentyabr, AZƏRTAC
Qazaxıstanda keçirilən Baykonur Film Festivalında “Ən yaxşı film” mükafatına layiq görülən “Erkən hisslər” qısametrajlı filmi oktyabrın 13-dən 17-dək Avstriyanın Linz şəhərində təşkil olunacaq beynəlxalq festivalın əsas müsabiqə proqramında nümayiş etdiriləcək.
Bunu AZƏRTAC-a açıqlamasında filmin ssenari müəllifi və rejissoru Nurlan Həsənli deyib.
O diqqətə çatdırıb ki, filmdəki hadisələr 2002-ci il futbol üzrə dünya çempionatı dövrünü əhatə edir. Rejissor bildirib ki, süjet xəttində 11 yaşlı oğlan ilk dəfə ölüm gerçəkliyi ilə üzləşdiyi bir məqamda bəyəndiyi qızın diqqətini cəlb etmək üçün məhəllə uşaqları ilə rəqabətə girir: “Çəkilişlər 7 gün ərzində Bakının müxtəlif məkanlarında aparılıb. Montaj və digər post-prodakşn işləri 3 ay çəkib. Filmdə əsas rolları Şəfi Sadiq, Tural Baxış, Vüsalə Ağayeva, Nur Vahbi və Hüseyn Abdullazadə canlandırıblar”, - deyə N.Həsənli əlavə edib.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:06]
Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO
- 30.09.2026 [18:03]
“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”
- 30.09.2026 [17:23]