Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir
Bakı, 30 sentyabr, AZƏRTAC
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, qumbaraatan sərgidə yerli müdafiə sənayesinin istehsal etdiyi silah nümunələrindən biri kimi təqdim edilir.
Xatırladaq ki, sentyabrın 30-da Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və paralel olaraq keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb. Bu sərgilərdə bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir.
Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:41]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:21]
“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
- 30.09.2026 [18:08]