Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
Bakı, 30 sentyabr, AZƏRTAC
Sabah bizim üçün vacib oyun olacaq. Qalib gəlmək istəyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov UEFA Millətlər Liqasında Bakıda Lixtenşteyn yığmasına qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, komandada məsuliyyət olduğunu deyib: “Mütləq qələbə qazanmalıyıq. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirmişik. Oyunu səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan-Lixtenşteyn oyunu saat 20:00-da başlayacaq.
Fotoqraf - Səfiyar Məcnun
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [20:55]
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub
- 30.10.2026 [20:50]
Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb
- 30.10.2026 [19:06]
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb
- 30.10.2026 [18:51]
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
- 30.10.2026 [18:11]