“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqası oyununun keçirilməsi ilə əlaqədar “Turan Tovuz” futbol klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
PFL-dən AZƏRTAC-a bildirilib ki, klub Azərbaycan Premyer Liqasının VIII turunda oktyabrın 18-də “İmişli”yə qarşı keçirilməsi nəzərdə tutulan matçla XVIII turdakı “İmişli” – “Turan Tovuz” qarşılaşmasının yerlərinin dəyişdirilməsini istəyib.
“Turan Tovuz”un xahişini, “İmişli”nin isə razılıq məktubunu nəzərə alan PFL müraciəti təmin edib. Qərara əsasən, komandalar arasında I dövrədə keçirilməli olan oyun XVIII turdakı qarşılaşma ilə dəyişdirilib.
Beləliklə, VIII tur çərçivəsində “Turan Tovuz” – “İmişli” matçı oktyabrın 18-də saat 15:00-da Yevlax şəhər stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]