“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar
Bakı, 30 sentyabr, AZƏRTAC
Təlim meydanında hər üç ölkənin hərbi qulluqçuları birgə fəaliyyət göstərərək tapşırıqların icrası zamanı qarşılıqlı fəaliyyət və uzlaşma imkanlarını təkmilləşdirirlər.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu təlim iştirakçıların praktiki vərdişlərinin inkişafına və peşəkar hazırlığının artırılmasına xidmət edir.
Təlimdə iştirak edən hərbi qulluqçularla həmsöhbət olduq. Azərbaycanlı hərbi qulluqçu bildirib ki, şəxsi heyətin praktiki bacarıqlarının təkmilləşdirilməsi və qardaş ölkələrin hərbçiləri ilə təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir. O, birgə tapşırıqların icrası zamanı qarşılıqlı fəaliyyətin təmin edilməsinin mühüm təcrübə qazandırdığını qeyd edib.
Özbəkistanlı hərbi qulluqçu isə birgə təlimə cəlb olunan heyətin iştirakının qarşılıqlı təcrübə mübadiləsi və birgə fəaliyyət bacarıqlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, təlim çərçivəsində əldə olunan təcrübənin gələcək hərbi əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Təlim çərçivəsində Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları müxtəlif tapşırıqları birlikdə yerinə yetirir, qarşılıqlı fəaliyyət imkanlarını təkmilləşdirir və peşəkar təcrübələrini bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:41]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:21]
“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
- 30.09.2026 [18:08]