“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
Bakı, 30 sentyabr, AZƏRTAC
Türkiyənin “Turkish Aerospace” şirkətinin Azərbaycan üçün istehsal etdiyi “Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, "Hürkuş" 1600 at gücündə güclü inkişaf etmiş təlim təyyarəsidir. Bu təyyarə tamamilə sensor ekranlı və beşinci nəsil təyyarələrə bənzər şəkildə, yəni uçuşa keçid zamanı təlimi asanlaşdıracaq formada dizayn edilib. Bu, texnoloji baxımdan ən inkişaf etmiş təlim təyyarələrindən biridir. Pilot bu təyyarə ilə təlimə başlayır, burada yeni nəsil, ən müasir rəqəmsal ekranları görür, sonra reaktiv mühərrikli təlimə keçir, ardınca yeni nəsil döyüş təyyarələri ilə uça bilir.
Qeyd edək ki, sentyabrın 30-da Bakı Ekspo Mərkəzində Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və paralel olaraq keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
“ADEX 2026” və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir.
Sərgi oktyabrın 2-dək davam edəcək.
Müxbir - Günel Türksoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:41]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:08]